GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda hər il büdcədən yan ötən on milyonlarla manatın sirri - HƏLƏ BU HAMISI DEYİL...

Bakıda hər il büdcədən yan ötən on milyonlarla manatın sirri - HƏLƏ BU HAMISI DEYİL...

Tarix: 14-03-2018, 13:49 Bölmə :Cəmiyyət Baxış: 304
Bakıda hər il büdcədən yan ötən on milyonlarla manatın sirri - HƏLƏ BU HAMISI DEYİL...


Bakıda hər il sənədsiz evlərin alqı-satqısı əməliyyatlarından dövlət 100 milyon manata yaxın vergi itirir. Çünki mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması alqı-satqı zamanı belə evləri vergidən “azad edir”.

Bu barədə daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. Mütəxəssisin sözlərinə görə, il ərzində qeyri-rəsmi əqdlərin sayı ilə bağlı məlumat olmadığından, vergidən yayınma ilə bağlı da dəqiq rəqəm söyləmək mümkün deyil. Amma təxmini hesablamalara görə, hər il sənədsiz ev satışından milyonlarla manat vəsait dövlət büdcəsindən yayınır.

2016-cı ildə Azərbaycanın Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən mənzillərin və daşınmaz əmlakın alqı-satqısı zamanı vergilərin tutulmasının qaydaları müəyyən edilib. Yeni dəyişikliyə görə, şəxs öz evində azı 5 il yaşayıbsa, o, həmin evi satanda gəlir vergisindən azad olunacaq. Qalan hallarda evin satılmasına görə gəlir vergisi ödənilməlidir.

Verginin baza məbləği isə mənzilin hər kvadratmetrinə görə 15 manat nəzərdə tutulur. Lakin bu məbləğ Bakının zonalarından asılı olaraq dəyişir. Nazirlər Kabineti daşınmaz əmlakın alqı-satqısını vergiyə cəlb etmək üçün Bakı şəhərinin ərazisi şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunur. Vergi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Yəni zonalar üzrə baza məbləğ bu əmsallara vurulur.

50-100 milyon manat itki və tamamilə qanunsuz tələblər

“Məncə, sənədsiz evlərin, mənzillərin alqı-satqısı əməliyyatlarında itirilən vergi 50-100 milyon manat arasında dəyişir. Çünki Bakı ətrafında, ən ucqar ərazidə 100 kv metr bir əmlakın, hətta torpaq sahəsi yoxdursa belə, alqı-satqı əməliyyatı zamanı minimum 1000-1200 manat vergi nəzərdə tutulur. Bu satış qeyri-leqal aparıldığına görə həmin vəsait dövlət büdcəsinə ödənilmir. Bakı şəhəri ətrafında alqı-satqısı aparılan belə evlərin təqribi sayı 10 minlərlədir. Paytaxt ərazisində qeydiyyata alınmamış çoxmərtəbəli binaları da bura əlavə etmək olar. Bu sahədə vəziyyət daha acınacaqlıdır. Belə binalarda müqavilənin dəyişməsinə görə bəzi hallarda MTK-lar vətəndaşdan 3 min manat və ondan daha yuxarı məbləğ tələb edir. Həmin vəsaitdən dövlət büdcəsinə heç nə çatmır”-ekspert deyir.

Daşınmaz əmlak eksperti bildirir ki, yeni tikilən çoxmənzilli binalarda mənzil müqaviləsinin dəyişməsinə görə vətəndaşdan tələb olunan vəsait tamamilə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur.

“Lakin belə sənədsiz mənzillərin alqı-satqı prosesində vətəndaş kooperativdən asılı olur, kooperativ də bundan istifadə edərək həmin vəsaiti vətəndaşdan qeyri-qanuni alır, pul qazanır”-ekspert bildirir.

Hökumət rəsmilərinin ayrı-ayrı vaxtlarda səsləndirdikləri rəqəmlərə görə Bakıda və Bakıətrafı qəsəbələrdə sənədsiz, yəni mülkiyyət hüququnu təsdiq edən çıxarışı olmayan evlərin, mənzillərin sayı 500 mini keçir. Ramil Osmanlı isə deyir ki, bu rəqəm hətta 700 minə yaxındır.

Texniki pasport satışda heç bir işə yaramır…

Sənədsiz evlərin evlərin alqı-satqısı isə hüquqi cəhətdən heç bir formada tənzimlənmir. Çünki alqı-satqının olması üçün həmin daşınmaz əmlak subyektinə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır.

Ekspert deyir ki, yalnız “Çıxarış” (“kupça”) olduqdan sonra onun üzərində yüklülüyün olub-olmaması müəyyənləşdirmək və əqd bağlamaq mümkündür. Yəni alqı-satqı zamanı evin texniki pasportunun olması, yaxud onun yerləşdiyi torpaq sahəsinə dair sənədlər heç bir rol oynamır. Amma bu zaman alqı-satqı prosesi tərəflər arasında qeyri-leqal formada həyata keçirilir.

“Bəzi hallarda etibarnamə verilir, bəzi hallarda isə sadəcə iki tərəf arasında müəyyən razılaşma olur. Yəni iki şəxsin imzası, şəxsiyyət vəsiqələrinin nömrələri qeyd olunur və ödənilən məbləğ göstərilir. Qeyri-rəsmi əqd üçün hər hansı vergi ödənilmir. Tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən satıcı həmin evdə kommunal qeydiyyat məsələlərini qarşı tərəfin adına keçirməklə məsələni bitmiş hesab edir”-Ramil Osmanlı deyir.

Bəs Bakının mənzil bazarında sənədsiz evlərə tələbat hansı səviyyədədir? Ekspert deyir ki, bu evlərə tələbat yüksək səviyyədə olmasa da, o mənzillərin də öz alıcıları var.

“Məsələn, hər hansı ərazidə çıxarışı olan evin qiyməti 50 min manatdırsa, analoji ərazidə çıxarışı və qeydiyyat sənədləri olmayan fərdi yaşayış evinin qiyməti təqribən 30-35 min manat arasında dəyişir. Orta hesabla götürsək, bəzən qiymətlərdə 30 faizdən yuxarı fərq var. Ona görə də alıcı düşünür ki, ona 50 min manat pulu toplamaq üçün illər lazımdır, amma 35 min manatı varsa, ikinici varianta üstünlük verir”-R.Osmanlı bildirir.

“Binəqədidə “kupça”lı həyət evi satılmır

Bu mövzu ilə bağlı Binəqədi rayonunun kənar məhəllələrində, Abşeron və Xəzər rayonlarında araşdırma aparıb, ev alqı-satqısı ilə məşğul olan “makler”lərlə söhbətləşdik. Məlum oldu ki, həmin ərazilərdə satışa çıxarılan evlərin böyük əksəriyyəti məhz sənədsiz evlərdir. Şəhər daxilində “kupçasız” evlər daha çox yeni tikilən çoxmərtəbəli binalardadırsa, ətraf qəsəbələrdə belə evlər əsasən bir və iki mərtəbəli həyət evləridir.

Daşınmaz əmlakın satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda bütün evlərin satışı zəiflədiyindən, bu vəziyyət sənədsiz evlərin satışına da təsir edib. Amma ümumən götürəndə Bakıda sənədsiz evlərin alıcıları heç də az deyil.

Sənədsiz həyət evlərinin orta qiyməti ərazidən asılı olaraq 30-40 min manat arasında dəyişir. Məsələn, Binəqədidə 30-50 min manata 3 otaqlı həyət evləri satışdadır. Amma neft buruqları, qaz, elektrik xətlərinin üzərindəki tikilmiş evlər daha ucuz qiymətə təklif olunur. Xırdalanda da qiymətlər təxminən elə bu civardadır. Abşeron rayonunun Saray qəsəbəsində sənədsiz həyət evlərinin qiyməti isə 22-30 min manatdır.

“İstəsəniz Xırdalanda sənədli ev təşkil edə bilərəm, Binəqədidə hazırda satışda “kupça”lı həyət evi yoxdur. Heç zəhmət çəkib axtarmayın. Bizdə ancaq sənədsiz evlərdir. İkinci Dağlıq küçəsində 3 otaqlı “kupça”sız fərdi evin qiyməti 35 min manatdır. Yeni yaşayış massivində 37-40 min manata evlərimiz var. Binəqədinin kənar qəsəbələrində ən bahalı “kupça”sız evin qiyməti 42 min manatdır. “Kupça”sı olmasa da, torpağın bələdiyyədən alınan sənədi, evin texniki pasportu qaydasındadır”, - deyə Binəqədidə ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Firudin Süleymanov bildirir.

“Gələcəkdə hamısına “kupça” veriləcək…”

Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində də tikilən həyət evlərinin heç birinin qanuni sənədi yoxdur. Bunu həmin ünvanda daşınmaz əmlak satışı ilə məşğul olan şəxslər də təsdiqləyirlər.

“Alan olmasa, bir ucdan tikilməz ki. Bu qəsəbə 5 il əvvəl nə boyda idi, indi nə boydadır… “Kupça” almaq mümkündür də, kim sənədli ev istəyir, əlavə 20-30 min manat xərc çəkib reyestrdən “Çıxarış” ala bilər”, - deyə adının çəkilməsini istəməyən ev dəllalı bildirir.

Abşeron rayonunda da vəziyyət fərqli deyil. Rayonun ən çox torpaq və ev satışı olan Saray qəsəbəsində satışa çıxarılan demək olar ki, bütün evlər “kupça”sızdır. Burada da qiymətlər nisbətən ucuz – 30-35 min manat arasında olduğundan sənədsiz evlər daha tez satılır.

“Sarayda 3 sotun içərisində 3 otaqlı damı vurulmuş, təmirsiz evi 22 min manata satırıq. Dünəndən bəri 6-7 nəfər zəng edib maraqlanıb. Alanların çoxu elə “kupça”sız evləri istəyirlər. Çünki qiymət baha olmur, əsasən 30-35 mindir. Super təmirli, yola yaxın evi 48 min manata tapmaq olar. Bu evlərin yerləşdiyi torpaqlar hamısı bələdiyyədən alınıb, heç birinin “kupça”sı yoxdur. Sadəcə müqavilə bağlayıb ada keçirirlər. Alqı-satqı eləyirik, onun da uzağı 300 manat xərci var. Niyə narahat olursunuz, gələcəkdə onsuz da bu evlərin hamısına kupça veriləcək”, - deyə Teymur adlı ev dəllalı bizi müştəri bilib inandırmağa çalışır.

Xatırladaq ki, Bakıda sənədsiz evlərlə bağlı problemin həll edilməsi üçün prezident tərəfindən bir neçə il əvvəl göstəriş verilib. Sonradan bununla bağlı bəzi addımlar atılıb, qanunvericiliyə bəzi dəyişikliklər edilib, evlərin sənədləşdirilməsi proseduru asanlaşdırılıb. Lakin problemin miqyası böyük olaraq qalır. Xüsusən də neft ərazilərində, kəmərlərin, elektrik xətlərinin mühafizə zolaqlarında tikilən evlərin sənədləşdirilməsi müşkül məsələyə çevrilib. Sayı yüz minlərlə hesablanan sənədsiz evlərin və mənzillərin alqı-satqısından isə dövlət hər il milyonlarla manat vergi itirir. Belə evlərin daşınmaz əmlak vergisindən kənarda qalması da bura əlavə edilsə Bakıda xaotik məskunlaşmanın hansı ciddi iqtisadi itkilərlə müşayiət olunduğu barədə qənaət yaranar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Evi satanda vergi bu qaydada hesablanacaq

    Evi satanda vergi bu qaydada hesablanacaq ...

    5-11-2015, 20:51

  • 
  • Dərsliklər və uşaq ədəbiyyatı vergidən azad edildi

    Dərsliklər və uşaq ədəbiyyatı vergidən azad edildi ...

    3-12-2013, 14:36

  • 
  • “Kupça”ların verilməsində yeni qayda

    “Kupça”ların verilməsində yeni qayda ...

    13-07-2015, 18:11

  • 
  • Sənədsiz ev sahiblərinə şad xəbər - VİDEO

    Sənədsiz ev sahiblərinə şad xəbər - VİDEO ...

    4-05-2016, 00:27

  • 
  • Bağça və uşaq evləri vergidən azad edildi- Sərəncam

    Bağça və uşaq evləri vergidən azad edildi- ...

    4-02-2014, 21:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu