50 milyon sərvəti olan xanım bu dəfə də Hüseyn Abdullayevə dəstək verir?
gundemxeber.az bildirir ki, 365info.az saytı Ofeliya Mahmudova adlı xanımın 2018 -ci ildə keçiriləcək prezident seçkilərində müxalifətə qoşulacağı barədə yazı dərc edib.
Həmin yazıda bildirlir ki, 365info.az-ın redaksiyasına AMEA Hüquq və İnsan Haqları İnsititunda şöbə rəisi vəzifəsini daşıyan, hüquq üzrə fəlsəfə doktoru Mahmudova Ofeliya Əbülhəsən qızının üç ölkənin vətəndaşı olması barədə maraqlı məlumat daxil olub.
Bundan başqa yazıda qeyd olunur ki, Ofeliya Mahmudova böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır:
“Məlumatı verən mənbə bildirir ki, bu xanımın əlində 50 milyon dollardan çox vəsait cəmləşib və gələn il prezident seçkilərində o özü də bir məmur olaraq böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır.
Bizi də bu cür düşünməyə sövq edən Ofeliya Mahmudovanın feysbuk səhifəsində paylaşdığı status oldu.
Bu ilin yanvar ayının 2-də saat 20:13 -də Ofeliya Mahmudovaya məxsus Afeliya Mahmud adlı profildən “Yaltaqlara Dur Deyək” səhifənin videosunu paylaşaraq “Bize ermeni lazım deyil” statusu yazıb.
Məlumat üçün bildirək ki, həmin videoda icazəsiz mitinq keçirməyə cəhd göstərən şəxslərin polis tərəfindən saxlanılması əks olunur. Və “Yaltaqlara Dur Deyək” feysbuk səhifəsində bu video yerləşdirilərək “Adolf Hitler Heç Yahudilərə Belə Divan Tutmamişdi Ancaq Bu Hakimiyyətin Polisi Görün Nələr Elədi” sözlərindən ibarət status yazılıb”
Həmin yazıdan sonra biz bu xanımın feysbuk səhifəsinə yenidən ekskurs elədik. Düzdür keçən dəfə müxalifətlə bağlı onun paylaşdığı statusu tapa bilmədik. Ancaq bu dəfə ondan da maraqlı bir statusa rast gəldik. Bu statusda Ofeliya Mahmudova Hüseyn Abdullayevin netxeber.com saytında “Hüseyn Abdullayevdən Şok yazı” başlıqlı yazısını paylaşdığını gördük.
Qeyd edək ki, keçmiş deputatın yazdığı statusdan ibarət həmin yazıda Bəylər Əyyubov, Rövnəq Abdullayev, Əli Həsənov, Kəmaləddin Heydərov, Vilayət Eyvazov və Ziya Məmmədovun ünvanına sərt ittihamlar yer alıb.
Hüseyn Abdullayevin həmin saytda dərc olunan paylaşımından bəzi hissələri oxuculara təqdim edirik:
“Ey, Bəylər Əyyubov! O sən deyildinmi Atama : “Abbas müəllim, Hüseyn Abdullayevin öz xalqına və dövlətçiliyimizə etdiyi xidmət misilsizdir” – deyən? O sən deyildinmi uzun illər çörəyimi yeyib və mənim imkanlarımla öz çətinliklərini həll edən?
Ey, Əli Həsənov! Bəs sən niyə gizləndin? Niyə Eynulla Fətullayev kimi saxtakar və murdar birisinin məni absurd və dəhşət saçan ağır cinayətlərdə ittiham etməsinə səssiz qaldın? Niyə ona demədin ki: “Ayıbdır elə etmə. Mən bir vaxtlar Hüseyn Abdullayevin “Çermet”dəki sıravi işçilərindən biri olmuşam və çox yaxşı da maaş almışam”. Ay Əli, prezident aparatındakı ilk kabinetinin mebel və avadanlıqlarının pulunu da mən vermişəm. Nə tez unutdun sənə etdiyim yaxşılıqları?
Heydərov Kamaləddin! Unutmamısan ki, parlamentdə sənin necə avantürist və nə cür korrupsioner olduğunu üzünə dediklərimi? Nədən o vaxt özündə cəsarət tapıb, cavabımı vermədin? İndi mühacirətdəyəm deyə, mənim mülkümü uçurmağa necə cəsarət tapdın?
Bu olaylarda təəssüf doğuran məqamlardan biri də o oldu ki, süfrəmin artığıyla böyümüş və zamanında mənə nökərçilik etmiş Rövnəq Abdullayev vəzifəyə gəlməkdən ötrü məni satan adamlardan biri oldu.
Sən, Vilayət Eyvazov! Bəs sənin yaddaşına nə oldu? Əlini çörəyə çatdırmaqla, rəhmətlik Camalın xatirinə sənə metal biznesində dəstək verməyimlə pislikmi etdim? Bunun əvəzində sən öz kurasiyanda olan “Bandotdel”in valideyinlərimin xaricə çıxmasına qoyduğu qanunsuz qadağaya nəinki göz yumdun, hətta sevindin belə. Nəticədə xəstə olan atam infarkt keçirdi və sonra da öz dünyasını dəyişdi.
Siz hələ Ziya Məmmədova baxın. Bu bədbəxti tanıyan da yox idi. Aylarla ofisimin qəbul otağında boynunu bükərdi. Onu “Dövlət Dəmiryolu İdarəsi”nin rəhbərliyinə mən qoydurmuşam. Haram olsun sənə, necə ki, bu gün olur”.
365info.az saytına daxil olan məlumata görə Ofeliya Mahmudovanın general olan dostu Respublika Prokurorluğunda işləyir və bizi də əsas maraqlandıran odur ki,görəsən , onun Ofeliya Mahmudovanın müxalifətə keçməyindən xəbəri yoxdur?!
Axı səhər təhlükəsizlik orqanları balaca araşdırmaya başlasalar, hamıya aydın olacaq ki, Ofeliya Mahmudova Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi polis mayoru Məmmədov Rauf Kamil oğlunun icraatında olan qondarma cinayət işini də Respublika Prokurorluğundakı general dostunun vasitəsi ilə başladıb. Bəs onda general Ofeliya Mahmudovayla olan münasibətləri barədə təhlükəsizlik orqanlarında nə izahat verəcək?!
Məlumat üçün bildirək ki, müstəntiq Məmmədov Raufun icraatında olan iş Ofeliya Mahmudovanın itkin düşmüş qardaşı Hafiz Mahmudovun işçisi Araz Dadaşeva qarşıdır.
Ancaq Araz Dadaşev bilirdi ki, Hafiz Mahmudovun 50 milyon dollar pulu bacısı Ofeliya Mahmudova tərəfindən ələ keçirilib. Ona görə də Ofeliya Mahmudova polisdə Araz Dadaşeva qarşı qondarma cinayət işi açıb ki, bu yolla Araz Dadaşevin səsini batırsın.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?