“Hamiləlik nəzarəti zamanı mənə yanlış yerə şəkər diaqnozu qoydular, yanlış dieta, müalicələrlə immunitetimi zəiflətdilər. Həkimin yazdığı bahalı kremdən bədənimdə allergiya yarandı. Vəziyyətin pisləşdiyini görüb, təcili əməliyyata aldılar. Ümumi narkoz istəsəm də mənə beldən iynə vurdular. Əməliyyatdan sonra məni allergiyadan müalicə edə bilmədilər. Uşağımın da belini əməliyyat zamanı zədələmişdilər. Bu problemlərə görə klinikada mənim keysər əməliyyatından başqa digər həkimlərə, müayinələrə, müalicələrə külli-miqdar pulum getdi. Bu vaxta kimi nə mən sağalmışam, nə uşaq. Uşaq böyüdükcə, belində əyrilik yaranır”.
Bu sözlərin müəllifi pasiyent Ruhanə Qurbanova Azərbaycanın məşhur özəl klinikalarından biri olan Baku Medical Plazanı məhkəməyə verməyə hazırlaşır. Pasiyentin şikayət məktubunda onun başına gətirilənlər qeyd olunub. Pasiyent klinikanın mama ginekoloqu Gülnar Məmmədovanın pasiyenti olub. Hamiləlik dövründə yanlış müalicə nəticəsində uşağını itirmək təhlükəsi ilə üz-üzə qalan xanım təcili keysər əməliyyatına alınır. Epiderual keyitmə ilə əməliyyat olunan xəstədə əməliyyatdan sonra belində, onurğasında problemlər yaranıb. Üstəlik dünyaya gəlmiş körpənin də belində zədələnmə olub. Sonradan dəfələrlə digər xəstəxana və həkimlərdə müayinə və müalicə olunan R. Qurbanovaya əməliyyat vaxtı həm özünün, həm körpənin zədə aldığını bildiriblər. Pasiyent bununla bağlı həm ginekoloqa, həm anestezioloqa, həm klinikanın baş həkiminə, həm Səhiyyə Nazirliyinə müraciətlər edib. Klinika ümumiyyətlə onu iqnor edir, şikayətini dinləmir. Aylarla müalicələrə vaxtı və pulu gedən vətəndaş başına gələnlərdə klinika və həkimlərini səbəbkar bilir. O, klinikadan maddi zərərin ödənməsini və ya müalicə edilməsini istəyir./medicina.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?