Azərbaycanda siqaret markalarından biri bahalaşıb.
Siqaret çəkənlərin ən çox istifadə etdiyi “Winston XS”in qiyməti qalxıb. Buna səbəb kimi gömrük sərhəd buraxılış məntəqəsində tütün məhsullarının saxlanılması göstərilir. Məlumata görə, siqaretlərin ölkəyə keçirilməsində artıq 1 aydır ki, problemlər yaranıb. Bununla əlaqədar “Winston XS”in qiyməti 0.10 manat bahalaşıb. Sözügedən siqaret markası bəzi satış nöqtələrində yeni qiyməti ilə satılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?