GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milyonlarla dollarlıq dövlət bayrağı necə yoxa çıxdı?

Milyonlarla dollarlıq dövlət bayrağı necə yoxa çıxdı?

Tarix: 9-04-2018, 11:36 Bölmə :Cəmiyyət Baxış: 308
Milyonlarla dollarlıq dövlət bayrağı necə yoxa çıxdı?


Bakıdakı Dövlət Bayraq Meydanında bir neçə aydır bayraq dalğalanmırdı. Nəhayət bu günlərdə rəsmi səbəb açıqlandı. Rəsmi xəbərə görə Bayrağı saxlayan uca dayaq küləyə davamlı olmayıb. 30 milyon manat dövlət vəsaitinə başa gələn bu tikili 8 il öncə təmtaraqla açılmışdı.

Beləliklə, Ginnesin rekordlar kitabında dünyanın ən hündür bayraq dirəyi kimi adını cəmi bir neçə ay saxlaya bilən bu dayağın ömrü də uzun olmadı. Niyəsinə keçmədən öncə, gəlin bu Bayraq Meydanın tarixçəsinə qısa nəzər salaq.

BAYRAQ MEYDANINDA TİKİNTİNİ HAKİM AİLƏYƏ BAĞLI ŞİRKƏT APARIB?

Dövlət Bayrağı Meydanın tikintisi 2007-ci ildə başlanıb, 3 il davam edib. Amerikanın "Trident Support" şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko" tikinti şirkəti reallaşdırıb.

AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə 2012-ci ildəki araşdırmasına görə Azenko şirkətinin prezidentin ailəsinə bağlılığı var.

Düzdür o vaxt prezident administrasiyası bu araşdırmaya hər hansı münasibət bildirməmişdi. Bununla da bağlı Azərbaycanın hakim dairəsindən hər hansı açıqlama olmamışdı.

Amma bayraq meydanı ətrafında söz-söhbət elə Bayraq Meydanının açılışından bir neçə müddət sonra başlamışdı. Rəsmi açılışı 2010-cu ildə olan bayraq meydanında dirəyin titrədiyi, bayrağın tez-tez cırılması müşahidə edilirdi.

20 min kvadrat metr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metridir. Qurğunun ümumi kütləsi 220 tondur. 35 metr enində, 70 metr uzunluğunda olan bayrağın öz çəkisi isə 350 kilqoram idi.

Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bilmişdi. Tacikistan bu rekordu yeniləyənə qədər.

Kompleks bütövlükdə 30 milyon manata başa gəlib. Bunun 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa dövlət büdcəsindən ayrılıb.

ABİD ŞƏRİFOV: “BİR SƏHDVİR OLUB DA...”

Baş nazirin müavini Abid Şərif deyir ki, hər bir yerdə səhv ola bilər. Amma bunu büdcə vəsaitinin mənimsənilməsi kimi qiymətləndirmək doğru deyil:

"Son 15-20 ildə büdcədən vəsait xərclənib reallaşan layihələr uçub-dağılsın. Olmayıb belə bir hal. Azərbaycanda ilk dəfə idi belə böyük qurğu tikilirdi. İndi səhvdir olub da. Amma bunu büdcəni dağıdırlar, talayırlar kimi dəyərləndirib, şişirtməyə ehtiyac yoxdur. Mən xatırlamıram ki, bu 20-25 ildə Azərbaycanda hansısa körpü uçsun. Kiminsə daha ağıllı təklifləri varsa, gəlsinlər yığılışaq, məsləhətləşək".

Abid Şərifov bildirir ki, hökumət hər zaman təkliflərə açıqdır. Amma görülən bütün işlərə tənqidlə yanaşmağı qərəzli sayır.

İqtisadçı ekspert, real vətəndaş hərəkatının icra katibi Natiq Cəfərli isə bildirir ki, Azərbaycanın vətəndaş cəmiyyəti, mütəxəssislər elə bu bayraq meydanı kimi bir çox layihələrlə bağlı öz təkliflərini veriblər. Amma onları dinləyən olmayıb.

MİLYONLARA BAŞA GƏLƏN UĞURSUZ LAYİHƏLƏR...

Natiq Cəfərli həm də əlavə edir ki, Bayraq Meydanı hökumətin yeganə uğursuz layihəsi deyil:

"Dövlət Bayraq Meydanı ilə bağlı baş verənlər Azərbaycanda layihələrin necə reallaşmasına bir nümunədir. Elə onun yaxınlığındakı Crystal Hall adlı böyük bir konsert kompleksi var. Eurovision zamanı tikilən bu zala 300-350 milyon manata yaxın vəsait xərclənib. Amma bu gün də o boş qalıb. Təkcə, bu Crystal Hall-un saxlanılmasına hər il dövlət büdcəsindən əlavə 10-15 milyon manat vəsait ayrılır. Və ya başqa bir nümunə 20 Yanvar metrosunun yaxınlığındakı körpünün aşağısında daim tıxac olur. Amma üstündə maşın olmur".

Natiq Cəfərli son illər dövlət büdcəsindən investisiya xərcləri adı altında çəkilən yollardan da danışır. Deyir ki, bu yollar 20-30 illik zəmanətlə çəkilsə də, bir neçə ildən sonra dağılıb. O belə yollardan birinə misal kimi Bakı-Quba beton yolunu göstərir. 200 kilometrlik yola indiki məzənnə ilə 1 milyard dollar xərclənib. Hər il də dövlət büdcəsindən bu yolun təmir-bərpasına əlavə vəsait ayrılır. Onun fikrincə, bu layihələrin icrası dövlət büdcəsinə yükə çevrilib.

Azərbaycan hökuməti artan neft gəlirləri hesabına ölkədə ciddi layihələrin gerçəkləşdirdiyini bəyan edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 20 aydır dəyişdirilə bilməyən Bayraq - Müəmma davam edir

    20 aydır dəyişdirilə bilməyən Bayraq - Müəmma ...

    24-03-2018, 14:00

  • 
  • Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı - FOTO

    Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı - ...

    9-05-2014, 13:14

  • 
  • Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur ...

    9-11-2015, 11:41

  • 
  • Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

    Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs ...

    28-10-2015, 15:13

  • 
  • Artur Rasizadə deputatların "BAYRAQ mübahisəsi"nə son qoydu - FOTO

    Artur Rasizadə deputatların "BAYRAQ ...

    8-11-2013, 14:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu