GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda “mafiyanın bazarı” yandı, yoxsullar çörəksiz qaldı…

Bakıda “mafiyanın bazarı” yandı, yoxsullar çörəksiz qaldı…

Tarix: 18-04-2018, 15:31 Bölmə :Cəmiyyət Baxış: 412
Bakıda “mafiyanın bazarı” yandı, yoxsullar çörəksiz qaldı…


Ötən bazar günü Sabunçu qəsəbəsində yerləşən və xalq arasında “Rus bazarı” kimi tanınan, köhnə əşyaların, geyinilmiş pal-paltarın satıldığı bazarın anbarında güclü yanğın olub. Hadisə gecə saatlarında baş verdiyindən yaxınlıqda yaşayanlar xəbər tutana və yanğınsöndürənlər özünü yetirənə qədər mallar külə dönüb.

Alıcıları da, satıcıları da yoxsullar, imkansızlar olan bu bazarda alver yalnız həftə sonları olur, buna görə də satıcıların əksəriyyəti yanğından hələ də xəbərsizdir.

İndi xarabalığı xatırladan bazar

gundemxeber.az virtualaz.org saytına istinadla xəbər verir ki, Bakının sonuncu kasıb bazarı indi müharibədən çıxmış xarabalığı xatırladır. Yanmış mallar bazar boyu səpələnib, bomjlar zibilliyin içini eşələyirlər. Üfunət qoxusundan nəfəs almaq mümkün deyil.

Sabunçu dəmiryolu stansiyasının qarşısından başlayaraq küçəboyu davam edən bazar bir neçə hissəyə ayrılıb. Bir tərəfdə meyvə-tərəvəz, bir tərəfdə isə toyuq-cücə satılır. Yanğın isə məhz “Rus bazarı”nda – bir tikə çörək üçün geyilmiş paltarlarını, məişət avadanlıqlarını satışa çıxaranların alver etdiyi sahədə baş verib. Satıcılar hər dəfə mallarını özləri ilə daşımamaq üçün onları şərti olaraq “ anbar” aldandırılan dörd divarın içinə yığıblar.

Yaxınlıqda meyvə-tərəvəz satanların sözlərinə görə, əsil tamaşa bu həftənin bazar günü olacaq. Çünki “rus bazarı”nın sakinləri mallarının yanmasından bazar günü işə gələndə xəbər tutacaqlar.

Bizə mafiya serialına baxmağı niyə məsləhət görürlər...

“Anbara görə kirayə haqqı ödəyirdilər. Amma indi hamı yaxasını geri çəkib. Bazar günü hamı toplaşacaq, mallarını tələb edəcəklər”, -satıcılardan biri deyir.
Nisbətən yaşlı satıcı isə az qala pıçıltı ilə danışır və and-aman edir ki, bazar rəhbərliyinin hər yerdə “qulağı” var, kimin nə danışdığından xəbərdardır. Satıcı deyir ki, onsuz da onlarla mübarizə aparmaq çətindir, çünki onları müdafiə edən şəxslər “yuxarı dairələrin” adamıdır. Yuxarı dairələrin kim olduğunu soruşduqda isə bizə Türkiyə telekanallarnda yayımlanan mafiya serialı “Çuxur”a tamağa etməyi məsləhət görür.

Hektarlarla ərazini tutan bazarın dörd bir yanı zibillə əhatələnib, küçə çirkab su ilə dolub. Bir-birinin ardınca düzülmüş ət sallaqxanalarında kəsilən heyvanların baş-ayağı sənət əsəri kimi bazarın girəcəyinə düzülüb. Bomjlar isə düz küçəyə atılan meyvə-tərəvəzin içindən nisbətən çürüməmişini axtarırlar. Ümumiyyələ, bu bazara ilk dəfə yolu düşənlər gördükləri mənzərədən təəccüblənirlər. Çünki mənzərə doğrudan da ürəkbulandırıcıdır. Və gündən-günə yeni göydələnləri ilə gözəlləşən paytaxtla təzad yaradır.

“Nə qədər ki, Bakıda kasıblar var…”

Satıcılar deyirlər ki, artıq neçə aydır bazarın söküləcəyi və ya başqa yerə köçürüləcəyi ilə bağlı söhbətlər dolaşır. Deyilənlərə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin bu əraziyə gözü düşüb. Amma bazar rəhbərliyi onlara narahat olmamağı söyləyib.

“Nə qədər ki, kasıblar var, bu bazar həmişə olacaq. Adına boşu-boşuna “cindır bazar” demirlər. Yüz dəfə yansa da, yenidən tikəcəklər”, - girəcəkdəki daxmada köhnə paltaryuyan, tozsoran satan Məhəmməd deyir. Əlavə edir ki, ailəsini dolandırmaq üçün beş-on manata çalışanlar bu bazara nəzarət edənlərə milyonlar qazandırırlar.

Bazarın girəcəyində köhnə qış əlcəkləri, yırtılmış jilet, bir-iki dənə də yumşaq oyuncaq satan yaşlı rus qadın isə söyləyir ki, əsasən məcburi köçkün olan satıcıların malları yanıb. Digərlərindən fərqli olaraq onlar bir qəpiklərindən belə keçməyəcək, gedib dəymiş zərəri tələb edəcəklər. Ən azından bir müddət yer haqqı ödəməyəcəklər.

“Xəfiyyələr” reportyorları izləyir

“35 ildir bu bazarla dolanıram. Əvvəllər daha çox ruslar alver edirdi, indi əksəriyyət məcburi köçkündür. Bəziləri mallarını satmağa utanır, elə qapıdaca dəyər-dəyməzə alıb, üstünə 10-20 qəpik qoyub satıram”. Satıcı əlavə edir ki, bazarı bəlkə də çoxdan satardılar, amma yerin altından qurunt sular, neft çıxır.

Bayaq bizi “bazar rəhbərliyinin hər yerdə qulağının olduğu” haqda xəbərdar edən yaşlı kişi deyəsən haqlıdır. Bazarda jurnalistlərin dolaşmasından duyuq düşüblər və arxamızca “xəfiyyələr” salıblar.

“Xəfiyyələrdən” biri yaxınlaşır, nə üçün bu ərazidə foto çəkdiyimizi soruşur. Jurnalist olduğumuzu dəqiqləşdirəndən sonra bazar rəhbərliyinə müraciət edib icazə almağı tövsiyə edir. Amma kimliyini və müdriyyətin adını açıqlamır.

Bildirir ki, rəhbərliyin icazəsi olmadan yanğından zərər çəkənlərlə danışmağa imkan verilməyəcək, istədiyimiz məlumatları ala bilməyəcəyimizi də sözarası çatdırır. Müdriyyətin kim olduğunu satıcılar da demirlər.

Daha bir maraqlı detal: heç demə bu bazarın müştəriləri təkcə yoxsullar deyil, həm də Bakıda son illər sayları artan xarici turistlərdir. Onlar köhnə, qaralmış mis əşyaları, sovet istehsalı olan radio avadanlıqlarını, fosfordan olan bəzəkləri alırlar. Yəqin ki, ölkələrinə “Rus bazarı” və ya satıcılar arasında deyildiyi kimi “Bit bazarı”ndakı mənzərə barədə təəsüratlarla qayıdırlar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçuda «Rus bazarı»

    Sabunçuda «Rus bazarı» ...

    19-11-2014, 23:46

  • 
  • İlham Rəhimovun bazarında yanğın

    İlham Rəhimovun bazarında yanğın ...

    20-10-2013, 23:44

  • 
  • Kərəm Həsənov amansız savaşı uduzdu

    Kərəm Həsənov amansız savaşı uduzdu ...

    4-02-2013, 10:03

  • 
  • 20 qəpiyə köynək, 50 qəpiyə şalvar

    20 qəpiyə köynək, 50 qəpiyə şalvar ...

    24-07-2014, 14:32

  • 
  • İlham Rəhimovun bazarı yandı - Video

    İlham Rəhimovun bazarı yandı - Video ...

    18-01-2018, 15:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu