“Oksigen Klinik Xəstəxanası” türk həkim Ömər Arikanı məhkəməyə verib.
Səbail Rayon Məhkəməsində vurulmuş zərərin ödənilməsi ilə bağlı iddiası rədd edilən tibbi klinika Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Bu gün hakim Elnur Həsənovun sədrliyi ilə məhkəmə baxışı olacaq.
Klinika ilə həkim arasında yaranan məsələ ilə bağlı hər iki tərəfin mövqeyini öyrəndik. “Oksigen Klinik Xəstəxanası”ndan “Ölkə.Az”a verilən məlumata görə, Ömər Arikan onların klinikasında işləyən zaman xəstəni qida borusundan əməliyyat edib və 3 gün müddətində evə buraxacağını söz verib. Ancaq ötən ilin 9 avqust tarixində əməliyyat olunan 1985-ci il təvəllüdlü xəstə 1 oktyabr tarixinə kimi stasionar qaydada müalicə alıb. Belə ki, cərrahiyə əməliyyatının icrası zamanı texniki səhv, yəni toxmanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma baş verib və bu ağırlaşma müalicə müddətini uzadıb, digər fəsadların inkişafına səbəb olub. Xəstə isə klinikada yatdığı müddətə görə, əlavə xərcləri ödəməkdən imtina edib. Türk həkim isə bu iddiaları rədd edir. Ancaq məhkəmə-tibbi ekspertizasının gəldiyi rəyə görə, əməliyyatdan sonra xəstədə həqiqətən fəsadlar yaranıb. Ömər Arikanın vəkili Muxtar Mustafayev də “Ölkə.Az”a tibbi klinika ilə məhkəmə çəkişməsinin olduğunu təsdiqlədi və bildirdi ki, klinikanın iddiaları əsassızdır:
“Məhkəmə-tibbi ekspertizanın rəyi var, son qərar məhkəmənin yekun rəyindən sonra məlum olacaq. Hələ ki, məhkəmə çəkişməsi davam edir”.
Sorğu
Yeni dizaynımız necədir?