GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdakı premium yaşayış komplekslərinin çoxunun bu standarta uyğun gəlmədiyi üzə çıxdı - ARAŞDIRMA

Bakıdakı premium yaşayış komplekslərinin çoxunun bu standarta uyğun gəlmədiyi üzə çıxdı - ARAŞDIRMA

Tarix: 1-05-2018, 12:55 Bölmə :Cəmiyyət Baxış: 280
Bakıdakı premium yaşayış komplekslərinin çoxunun bu standarta uyğun gəlmədiyi üzə çıxdı - ARAŞDIRMA


2015-ci ildə baş verən beynəlxalq maliyyə böhranı, Azərbaycanda baş verən devalvasiyalar ölkədə maliyyə vərdişlərində dəyişikliklərə səbəb oldu. İlk iki ildə bazarda hər sahədə durğunluq müşahidə olunsa da 2017-ci ildən başlayaraq iqtisadi mühit dirçəlməyə başlayıb. Əlbəttə böhranın izlərini özündə əks etdirən istiqamətdə. Yəni, 2010-2015-ci illərdə investisiya alətləri rolunda bank əmanətləri üstünlük təşkil edirdisə devalvasiyalar bu sahədə nisbətən güvənsizliyə gətirib çıxardı.

Son illərdə əsas vəsait qoyuluşları daşınmaz əmlak və qiymətli metallar sahəsində ağırlıq təşkil edir. Qiymətli metal hər zaman olduğu kimi daha çox maliyyəsini qorumağa üstünlük verənlərin seçdiyi vasitə olduğu halda, daşınmaz əmlaka investisiya etmək daha gəlirli qoyuluşdur.

Bu səbəb tikinti sektoruna stimul rolunu oynayıb və devalvasiyadan sonra çiçəklənən əsas sahə məhz daşınmaz əmlak sektorudur. Ölkədə ekonom, komfort, biznes və premium kateqoriyalı yaşayış komplekslərinin inşası sürətlənib. Xüsusən daha əvvəllər nisbətən az rast gəlinən premium kateqoriyalı mənzillərin inşasında dinamika müşahidə olunur.

Virtualaz.org araşdırıb ki, hazırda Bakı şəhərində tikilməkdə olan və təhvil ərəfəsində olan ümumilikdə 10-dək premium yaşayış kompleksi mövcuddur. Bu kateqoriyalı yaşayış kompleksləri üçün xüsusi kriteriyalar vardır ki, heç də hər zaman həmin standartların hər birini qorumaq elə də asan olmur. Ayrı-ayrı komplekslər premium göstəricilərin bir neçəsinə cavab versə də bir çox hallarda bəzi kriteriyaların tələblərini ödəmir.

Standartlar nöqteyi nəzərdən paytaxtda inşa edilən premium yaşayış komplekslərini aşağıdakı kimi təhlil etmək olar:

Yerləşmə

Premium yaşayış kompleksləri adətən mərkəzin səsli-küylü hissəsində yerləşmir. Standarta görə bu binalar şəhərin nisbətən sakit hissəsində olmalıdır. Bu nöqteyi nəzərdən “Park Bayıl”, “Renessans Palace”, “Olympus Park” “Deluxe Palace” uğurlu, “Premium Residence”, “Pilot Residence” ilə “Vurğun Residence”in yerləşməsini isə orta uğurlu saymaq olar.

Həyət

Qeyd olunan kateqoriyadakı yaşayış komplekslərinin həyətinin böyük olması, landşaft dizayna malik olması və avtomobil girişinə qapalılığı əsas tələblərdəndir. Bu nöqteyi nəzərdən ən iri həyət 1.5 hektarla “Renessans Palace”a aiddir. “Pilot Residence” də mənzillərin sayı ilə müqayisədə qənaətbəxş sayıla biləcək ölçüdə həyətə malikdir. Digər yaşayış komplekslərinin həyətləri isə kiçikdir və ya heç yoxdur. Həyətin olmaması isə premium standartına heç uyğun deyil.

Premium yaşayış komplekslərinin həyəti ilə bağlı digər şərt onun avtomobilə qapalı olmasıdır. Bu standarta uyğun komplekslər “Renessans Palace”, “Park Bayıl” və “Pilot Residence”dir. Digər komplekslərinin həyətinə avtomobillərin girməsi və bəzən parklamasına icazə verilir ki bu xüsusiyyət təhlükəsizlik baxımından xoş qarşılanmır. “Vurğun Residence”in isə premium yaşayış kompleksi olmasına rəğmən ümumiyyətlə həyəti yoxdur.

Mənzilin ölçüləri

Əslində mənzilin ümumi sahəsi 100 kv metrə yaxın və daha çox olmalıdır. Bir otağın orta ölçüsü 21 kv metrdən, mətbəxin ölçüsü isə 18 kvadrat metrdən başlamalıdır. Lakin, paytaxtda inşa olunan premium kateqoriyalı yaşayış komplekslərinin az otaqlı mənzilləri orta ölçüdən kiçikdir.

Premium kateqoriya mənzillərin tavanlarının hündürlüyü isə 3 metrdən başlamalıdır. Tavan standartı minimum 3.15 metr (“Vurğun Residence” və “Park Bayıl”) və maksimum 3.45 metr (“Pilot Residence”) olmaqla nəzərdən keçirdiyimiz yaşayış komplekslərinin hər birində qorunur.

Qonşu sayı

Premium klass yaşayış kompleksinə qoyulan tələblərə əsasən bir mənzil sahibinin 2 qonşusu olsa kifayətdir. Yəni, 1 mərtəbədə 2-3 mənzilin olması məqbul sayılır. “Pilot Residence” bu standart üzrə ən uyğun yaşayış kompleksidir. “Renessans Palace” və “Deluxe Palace” bu qaydaya nisbətən yaxındırlar – hər birində bir mərtəbədə 4 mənzil mövcuddur. “Premium Residence” isə 1 mərtəbədə 6 mənzilədək olması ilə qonşu sayı standartına ən uzaq premium yaşayış kompleksidir.

Parkinq

Sözügedən kateqoriyalı yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) parkinq ərazisinin olması mütləq şərtlərdəndir. Hər iki parkqinqin mövcudluğuna, parkinq ərazisinin mənzillərin sayına olan nisbətinə görə “Renessans Palace” seçilir (1080 mənzil, 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parkinq).

“Olympus Park”da 200 mənzilin qarşılığında sadəcə 110 avtomobillik parkinq yeri mövcuddur, “Deluxe Palace”-da 198 mənzilə qarşı cuzi sayda əlavə - 208 avtomobillik parkinq sahəsi var. Digərlər komplekslərdən təqribən mənzil sayı qədər parkinq sahəsinin olduğunu bildirildi. Lakin, binaların aşağı mərtəbələrindəki iaişə obyektlərini baş çəkən müvəqqəti ziyarətçiləri nəzərə aldıqda məzil sayı və parkinq ərazisi sayının bir-birinə yaxın sayda olmasının problem yarada biləcəyini təxmin etmək çətin deyil.

Qiymət

Hər bir yaşayış kompleksi özünün qiymət strategiyasını müəyyən edə bilər. Lakin bu qiymət təqdim etdiyi keyfiyyətə, xidmətə və aid olduğu kateqoriyaya uyğun formalaşmalıdır. Paytaxtdakı premium yaşayış komplekslərində ən bahalı qiymət 1 kvadrat metr üçün 2700 AZN-dir (“Pilot Residence”), ən ucuz isə 1300 AZN-dir (“Premium Residence”).

Sonda qeyd olunan kriteriyalar üzrə premium yaşayış komplekslərinin dəyərləndirməsini cədvəl halında təqdim edirik.

Qeyd: Məlumatlar premium yaşayış komplekslərinin saytlarından, sosial media hesablarından, həmçinin birbaşa telefon zəngi vasitəsilə əldə edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 200 milyonluq mülk: qanunidir, amma…

    200 milyonluq mülk: qanunidir, amma… ...

    20-12-2012, 13:09

  • 
  • Şahmar Mövsümovun mülk marağı

    Şahmar Mövsümovun mülk marağı ...

    22-12-2012, 13:09

  • 
  • Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da bahalaşacaq

    Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da ...

    20-12-2015, 13:10

  • 
  • “Kupça”ların verilməsində yeni qayda

    “Kupça”ların verilməsində yeni qayda ...

    13-07-2015, 18:11

  • 
  • Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

    Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı ...

    18-01-2015, 20:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu