GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Jurnalistin xəstəliyi ağırlaşıb

Jurnalistin xəstəliyi ağırlaşıb

Tarix: 1-05-2018, 14:08 Bölmə :Cəmiyyət Baxış: 390
Jurnalistin xəstəliyi ağırlaşıb


Əfqan Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir

Həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Facebook statusunda Əfqanın ağır xəstəliyindən yazıb.


S.Sadıqova bildirir ki, Ə.Sadıqovla telefonla danışıb. Sağlamlıq durumu getdikcə pisləşir.

"Aprelin 26-da axşam yenə ölümdən dönüb, vəziyyəti çox pis olub. Təzyiqi o qədər yüksək olub ki, qıcolma keçirib və bütün bu hadisələr Kürdəxanıda - Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə vermir və susur", o qeyd edib.

S.Sadıqova deyir ki, artıq 1 aydan çoxdur ki, Ə.Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir, xəstəliyi getdikcə ağırlaşır, ayaqları şişib.

S.Sadıqovanın dediyinə görə, mənşəyi bilinməyən iynələr vura-vura təcridxanada Ə.Saqıdovun səhhətini lap pisləşdiriblər.

S.Sadıqova müraciət etdiyi qurumlara həyat yoldaşının niyə xəstəxanaya aparılmaması sualını ünvanlayır və Ə.Sadıqovun həyatının təhlükədə olduğunu bildirir.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə S.Sadıqovanın dediklərini əsassız adlandırır.

"Həbsxanada da, təcridxanada da Ə.Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə alıb".

İ.Qurbanov bildirib ki, Ə.Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə də dərmanları mütəmadi qəbul etməlidir. Deyilənə riayət etsə təzyiq normada qala bilər.

İ.Qurbanov Ə.Sadıqova hansısa mənşəyi məlum olmayan iynələrin vurulması barədə deyilənləri də əsassız sayıb.

"Ə.Sadıqova tanımadığı preparat verilməyib və ya iynə vurulmayıb. Savadlı adamdır, bilir ki, verilən preparat və vurulan iynə nə üçündür", İftixar Qurbanov deyib.

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Mayın 23-də onun cəza müddəti bitir. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı A.Əzizov qaldırıb./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Yadigar Sadıqova 7 il iş istədi

    Prokuror Yadigar Sadıqova 7 il iş istədi ...

    23-12-2013, 16:34

  • 
  • Müsavat Yadigar Sadıqova azadlıq tələb edir

    Müsavat Yadigar Sadıqova azadlıq tələb edir ...

    27-06-2013, 18:35

  • 
  • “Həyat yoldaşımın fotosunu hansısa ölüsünə-dirisinə lənət olan paylaşır və...” - Foto

    “Həyat yoldaşımın fotosunu hansısa ...

    2-11-2016, 19:01

  • 
  • YAP-çı deputat Söyün Sadıqova axsaq keçi dedi

    YAP-çı deputat Söyün Sadıqova axsaq keçi dedi ...

    30-11-2012, 22:46

  • 
  • Həbsdə olan jurnalistə qarşı yeni cinayət işi açılıb

    Həbsdə olan jurnalistə qarşı yeni cinayət işi ...

    15-01-2018, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu