Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Yadigar Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.
Məhkəmə Yadigar Sadıqovun vəkili Xalid Bağırovun çıxışı üçün fasilə götürüb.
Növbəti proses 2014-cü il yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.
Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?