GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazim Bəydəmirli: Məmur sahibkarlığı ləğv olunmalıdır

Nazim Bəydəmirli: Məmur sahibkarlığı ləğv olunmalıdır

Tarix: 8-05-2018, 18:22 Bölmə :Cəmiyyət Baxış: 435
Nazim Bəydəmirli: Məmur sahibkarlığı ləğv olunmalıdır


İqtisadçı ekspert Amerikanın Səsinə müsahibəsində yeni hökumətin əsas prioritetlərindən danışıb

İqtisadçı ekspert Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda yeni qurulmuş hökumətin əsas prioritetlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda yeni təşkil edilmiş hökumətin tərkibini necə xarakterizə edərdiniz? İslahatçı hökumət adlandırmaq olarmı?

İslahatçı hökumət adlandıra bilmərik. Əvvəlki hökumətin davamıdır.

Nazim Bəydəmirli: Çox təəssüf ki, islahatçı hökumət adlandıra bilmərik. Əvvəlki hökumətin davamıdır. İslahat etmək üçün təbii ki, Nazirlər Kabineti bütövlükdə müstəqil olmalıdır. Yəni, Prezident Administrasiyasından asılı olmamalıdır. İndiki anda hər bir qərar Prezident Administrasiyasında müvafiq şöbələr vasitəsi ilə rekonstruksiyaya məruz qalır. Belə demək mümkündürsə, bizdə paralel hökumət strukturları var. Ona görə hökumətin tam müstəqil olması üçün Nazirlər Kabineti Prezident Administrasiyasından asılı olmamalıdır. Qərarları müstəqil qəbul etməlidir. Bu qərarlar onların ümumi kollegial orqanı olaraq Nazirlər Kabinetinin iclaslarında müzakirə olunub qərar qəbul olunmalıdır. Təəssüf ki, bizdə nazirlər öz sahələri ilə bağlı ancaq Nazirlər Kabinetinin rəhbərliyi ilə deyil, Prezident Administrasiyasının müvafiq şöbələri və yaxud prezidentin köməkçiləri ilə razılaşdırıb qərar qəbul edirlər.

Amerikanın Səsi: Hökumətin ilk addımları nə olmalıdır? Ölkədə sosial-iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı daha çox hansı addımlar atılmalıdır?

Səlahiyyətləri əllərində cəmlənmiş bir çox nazirliklərin rəhbərləri əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, bu, heç kəsə də sirr deyil.

Nazim Bəydəmirli: İlk öncə məmur sahibkarlığı ləğv olunmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır. Ölkənin təbii ehtiyatları nə qədər çox olsa da, onun gəlirləri nə qədər əhəmiyyətli olsa da, ölkənin daxilində sahibkarlıq inkişaf etməsə, iqtisadiyyat rəqabətə davamlı olmasa biz dayanıqlı inkişafı təmin edə bilməyəcəyik. Hesab edirəm ki, Nazirlər Kabineti 2005-ci ildən əvvəl qəbul olunmuş bəyannamələrlə bağlı, yəni, məmurların əmlak və gəlirlərini təqdim etməsi üçün bəyannamə formasını təsdiq edərək bu bəyannamələrin tətbiqinə başlamalıdır. Səlahiyyətləri əllərində cəmlənmiş bir çox nazirliklərin rəhbərləri əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, bu, heç kəsə də sirr deyil. Dövlət satınalmaları vasitəsi ilə həyata keçirilən layihələr belə həmin nazirliklərin qeyri-rəsmi bölgüsü əsasında həmin şirkətlərə verilir. Buna bir daha sübut gətirməyə ehtiyac da yoxdur. Jurnalist araşdırmalarında bu mövzuda kifayət qədər danışılıb. Məmur nə zamana qədərsə sahibkarlıqla məşğul olursa, o, dövlət işi ilə məşğul olmayacaq. Təbii ki, günün əksər vaxtını öz biznesinin idarə edilməsi ilə keçirəcək.

Amerikanın Səsi: Maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün nə edilməlidir?

Dövlət nə vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olursa bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə gətirib çıxarır, korrupsiyanı çiçəkləndirir.

Nazim Bəydəmirli: Maliyyə-bank sistemi dedikdə, təbii Beynəlxalq Bankın özəlləşdirilməsi tam həyata keçirilməlidir. Bundan əlavə təəssüf edirəm ki, son illər müəyyən obyektiv və subyektiv səbəblərdən dövlətin maliyyə sektoruna müdaxiləsi davam edir. Dövlət iqtisadiyyata da müdaxilə edir. Büdcə hesabına bir çox səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər yaradılır. Əslində dövlətin iqtisadi fəaliyyətlə məşğul olması heç də yaxşı perspektiv vəd etmir. Çünki artıq tarixdə sübut olunmuş faktdır ki, dövlət nə vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olursa bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə gətirib çıxarır, korrupsiyanı çiçəkləndirir. Ona görə dövlət öz yükünü daha çox sahibkarlığın çiyninə qoymalıdır. Bunun üçün sahibkarlığa daha münbit şərait yaradılmalıdır. Bank-maliyyə sektorunun əsas prioriteti daxildə olan kredit resurslarının ucuzlaşdırılmasını, əlçatanlığını təmin etməlidir. Üst qurumlar ləğv olunmalıdır. Necə ki, Sahibkarlığa Kömək Milli Fondu kimi və sahibkarın maliyyə resursunu “bölmək” imkanında olan digər qurumlar ləğv olunmalıdır. Fikrimcə, bank sektorunda birbaşa rəqabət artmalıdır ki, faiz dərəcələri aşağı düşsün. Xarici bankların da Azərbaycanda işləməsinə şərait yaratmaq lazımdır. Bu, klassik iqtisadiyyatın tələbləridir. Çox təəssüf edirəm ki, son iki ildə müxtəlif dövlət qurumları daha geniş fəaliyyət göstərirlər, sahibkarlıq subyektlərinin görəcəyi işi özləri görürlər. Son hadisə Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial evlər layihəsidir, əslində bu, bir kommersiya layihəsidir. Çox təəssüf edirəm ki, dövlət büdcəsi hesabına kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Amerikanın Səsi: Hökumətin idxal-ixrac siyasəti, o cümlədən gömrük siyasəti necə qurulmalıdır?

Təklif etmişəm ki, hər iki qurum ləğv olunsun, onların vergiyığma funksiyası Vergilər Nazirliyinə verilsin.

Nazim Bəydəmirli: Yeni Nazirlər Kabineti təsdiq olunana qədər prezidentin Vergilər Nazirliyinin idxal-ixrac əməliyyatlarına nəzarət etməsi haqqında gözəl bir sərəncamı oldu. Düzdür, bir nonses var. Hökumətin öz daxilində olan iki qurum arasında razılaşma protokolu imzalanır. Əslində bu, qanun çərçivəsində olmalı idi. Bizdə vergi ilə məşğul olan bir neçə orqan var. İdxaldan əlavə dəyər və aksiz vergilərini Gömrük Komitəsi toplayır. Sosial sığorta da əslində özü-özünü maliyyələşdirən bir vergi növüdür, bunu Dövlət Sosial Müdafiə Fondu toplayır. Təklif etmişəm ki, hər iki qurum ləğv olunsun, onların vergiyığma funksiyası Vergilər Nazirliyinə verilsin. Təəssüf ki, bu, bir yarımçıq addımdır. Ancaq ümid edək ki, gələcəkdə bu tamamlanacaq. Yəni, vergini bir qurum yığmalıdır. Büdcə problemləri bir qurumun səviyyəsində həll olunmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fransada hökumət istefaya göndərilib

    Fransada hökumət istefaya göndərilib ...

    25-08-2014, 23:32

  • 
  • Artur Rasizadə hesabat verəcək

    Artur Rasizadə hesabat verəcək ...

    11-03-2013, 09:54

  • 
  • Ermənistan: Parlament yeni hökumətin strukturunu təsdiq edib

    Ermənistan: Parlament yeni hökumətin strukturunu ...

    29-09-2016, 22:51

  • 
  • 6 qurumun adı hökumətin rəsmi saytından niyə silinib?

    6 qurumun adı hökumətin rəsmi saytından niyə ...

    10-12-2013, 18:43

  • 
  • Prezident dövlət məmurunu belə söydü - Hökumətin qeyri-rəsmi toplantısından gizli çəkiliş (Video)

    Prezident dövlət məmurunu belə söydü - Hökumətin ...

    8-03-2015, 18:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (456)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu