Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edildi.
DİN-dən daxil olan məlumata əsasən, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.
Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?