GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vahid Mustafayev Məmmədəmin Rəsulzadənin unikal çıxışlarını tapıb və yayımlayıb

Vahid Mustafayev Məmmədəmin Rəsulzadənin unikal çıxışlarını tapıb və yayımlayıb

Tarix: 28-05-2018, 18:00 Bölmə :Cəmiyyət Baxış: 281
Vahid Mustafayev Məmmədəmin Rəsulzadənin unikal çıxışlarını tapıb və yayımlayıb


ANS şirkətlər qrupunun əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin bu günə qədər naməlum olan audioyazılarını aşkar və bərpa ediblər.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin virtualaz.org-a verdiyi məlumata əsasən, ötən ilin sonlarından şirkət AXC-nin tarixindəki “ağ ləkələr”ə aydınlıq gətirmək məqsədilə bu layihəni həyata keçirməyə başlayıb.

“İlk növbədə, biz Rəsulzadənin həyatı boyunca müxtəlif illərdə olduğu coğrafiyanı tədqiq etdik. Finlandiyanın, Polşanın, Türkiyənin müvafiq strukturlarına müraciət edərək, AXC-nin banisinin fotoşəkillərinin, yazılarının tapılmasında yardımçı olmalarını xahiş etdik. Bu məqsədlə BBC, “Deutsche Welle”, “Amerikanın Səsi”ndəki həmkarlarımızla əlaqə saxladıq.

Tədqiqatlarımızın nəticəsi olaraq, Rəsulzadənin 1953-cü ildəki çıxışlarının unikal audioyazıları aşkar olundu. “Amerikanın Səsi”nin redaksiyası bizə onları tam təmənnasız olaraq təqdim etdi. Lentlər çox pis vəziyyətdə idilər və inanmaq olmurdu ki, onları bərpa etmək mümkündür. Lakin ən müasir avadanlıqla təchiz edilmiş “BalANS” milli animasiya studiyasının mütəxəssislərinin səyləri nəticəsində mümkün olmayanı etmək mümkün oldu. Beləliklə, biz M.Ə.Rəsulzadənin “Amerikanın Səsi”nə verdiyi iki müsahibəni bərpa etdik. Bunlardan biri bilavasitə AXC-nin fəaliyyəti, digəri isə Stalindən sonrakı dövrdə SSRİ-nin fəaliyyətinin analizi ilə bağlıdır. Biz bu materialların bərpası üzərində 3 ay işləmişik”, - ANS-in prezidenti bildirib.

V.Mustafayevə “Deutsche Welle”nin redaksiyasından bildirilib ki, indiyə kimi Azərbaycandan heç kim dahi liderin audiomüraciətini əldə etmək üçün müraciət etməyib.

V.Mustafayev əmindir ki, Azərbaycanda AXC-nin fəaliyyəti dövrü demokratiyanın təntənəsi dövrüdür.

“AXC-nin tarixini öyrənərkən əmin olmaq mümkündür ki, AXC-nin baniləri nümunələrini indiki dövrdə Avropa demokratiyalarında gördüyümüz demokratik dövlət yaratmağa müvəffəq olublar. Bu insanlar bu gün də ultramüasir olardılar və onların ötən əsrin əvvəllərində Şərqdə həyata keçirdikləri, sadəcə olaraq, fantastikadır. AXC-də demokratiyanın səviyyəsi elə yüksək idi ki, ona Avropanın hazırkı bir çox liberal ölkələri də həsəd apara bilərdilər”, - məşhur jurnalist qeyd edib.

V.Mustafayev şübhə etmir ki, AXC-nin baniləri Azərbaycanın öz müstəqil dövlətini bərpa etməsi, onun üçrəngli bayrağını yüksəltməsi, ölkənin himninin dünyanın bütün qitələrində səslənməsi ilə fəxr edə bilərdilər.

“Məmmədəmin Rəsulzadənin bir kərə yüksələn bayrağın bir daha enməyəcəyi ilə bağlı peyğəmbərcəsinə söylədikləri bugünkü Azərbaycan üçün də aktualdır. Şübhəsiz ki, Rəsulzadənin özü üçün də, tərəfdaşları üçün də müasir Azərbaycanın nailiyyətləri xüsusi fəxr mənbəyi olardı. Biz isə tədqiqatlarımızı davam etdirərək Şərqdə ilk demokratik respublikanın məhsuldar fəaliyyətinin yeni sübutlarını aşkar etməyə səy göstərəcəyik”, - V.Mustafayev vəd verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Rəsulzadənin yubileyini keçirmək barədə sərəncam verdi

    Prezident Rəsulzadənin yubileyini keçirmək barədə ...

    22-11-2013, 18:36

  • 
  • Gəncədə də Rəsulzadənin büstünün ziyarətinə imkan verilmədi

    Gəncədə də Rəsulzadənin büstünün ziyarətinə imkan ...

    31-01-2014, 18:37

  • 
  • KXCP M.Ə.Rəsulzadənin doğum gününü Novxanıda qeyd edəcəkdir.

    KXCP M.Ə.Rəsulzadənin doğum gününü Novxanıda qeyd ...

    25-01-2016, 16:02

  • 
  • Yeni rəis Rəsulzadənin büstünü dağıtdı - FOTO

    Yeni rəis Rəsulzadənin büstünü dağıtdı - FOTO ...

    12-04-2015, 17:55

  • 
  • "Mən Tağı müəlliminyerinə olsaydım ANS telekanalını düşünmədən məhkəməyə verərdim"

    "Mən Tağı müəlliminyerinə olsaydım ANS ...

    27-11-2013, 14:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (27)
Avqust 2025 (570)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu