GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”: Azərbaycan Xalq Cümhuriyyəti və İran

İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”: Azərbaycan Xalq Cümhuriyyəti və İran

Tarix: 29-05-2018, 17:54 Bölmə :Cəmiyyət Baxış: 533
İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:  Azərbaycan Xalq Cümhuriyyəti və İran


Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində “dəyirmi masa” keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti və İran” adlı tədbirdə AXC irsini araşdıran alimlər, təhqiqatçılar, həmçinin təşkilatın müxtəlif sahələrdə çalışan üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

“Dəyirmi masa”nı İMC-in sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açıb. O deyib ki, Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində demək olar bütün qurumlarda mərasimlər keçirilir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də müvafiq sərəncamı var. Lakin tariximizin elə şanlı səhifələri mövcuddur ki, barəsində ilboyu söhbətlər, müzakirələr getməlidir. 28 May Şərqdə ilk demokratik respublikanın yaradılması ilə nəticələnən tarixi hadisə olduğundan, qonşu dövlətlərə də təsirsiz qalmadığından biz demək olar az öyrənilmiş mövzunu seçdik. Məruzəçimiz isə həmin dövrlə bağlı çoxsaylı məqalələrin, elmi əsərlərin, monoqrafiyaların müəllifi, tarix üzrə elmlər doktoru, professor, fədai övladı Solmaz Rüstəmova-Tohididir.

İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:  Azərbaycan Xalq Cümhuriyyəti və İran

Solmaz xanım konkret mənbələrə, sənədlərə, elmi araşdırmalara əsaslanan məruzəsində Azərbaycan xalqını 28 Mayın qələbəsinə doğru aparan tarixi proseslərin, konkret hadisələrin mənzərəsini yaradıb, AXC qurucularının şəxsiyyətini, mübarizə yolunu, talelərini səciyyələndirib. Müstəqil dövlətin yaranmasının o vaxtlar cəmi 2,9 milyona yaxın əhaliyə malik azərbaycanlıların bir xalq olaraq məhv edilməsinin qarşısını aldığını diqqətə çatdırıb.

Professor burada keçirilən mütərəqqi islahatların qonşu ölkələrə, ən başlıcası İrana təsirsiz qalmadığını deyib. Qeyd edib ki, AXC ilə diplomatik əlaqələr yaratmış dövlətlərdən yalnız birinin – İranın Bakıda səfirliyi fəaliyyət göstərirdi. Cümhuriyyətin isə yeganə səfirliyi və üstəgəl konsulluğu orada idi.

S.Rüstəmova – Tohidi Cümhuriyyətin Azərbaycan adını xalqımıza qaytardığına, o tayda baş verən möhtəşəm hərəkatlar üçün ilham mənbəyi olduğuna və digər xüsusiyyətlərinə görə sevilməyə, qürur mənbəyi kimi dəyərləndirilməyə layiq olduğunu söyləyib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə onun fikirlərini bölüşərək deyib: “Mən də məruzəçi ilə razıyam ki, Azərbaycan adının dövlətlə yanaşı çəkilməsi ilk növbədə Cümhuriyyətin qurucusu və rəhbəri Məmməd Əmin Rəsulzadənin və həmfikirlərinin xalqımız qarşısındakı müstəsna xidmətləri sayılmalıdır. Bunadək istər İranda, istərsə də çar Rusiyasının işğal etdiyi xanlıqların heç birində bu ad rəsmi işlənilməyib.

100 ildir ki, dünya xəritəsində Azərbaycan adı rəsmi yer alıb. Bu ad sovet dövründə də, ikinci müstəqilliyə qovuşduğumuz illərdə də yaşadılıb. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumət də Azərbaycan adlandırılıb. Bunun ideya mənbəyini Azərbaycan Xalq Cümhuriyyətində axtarmaq gərəkdir”.

İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:  Azərbaycan Xalq Cümhuriyyəti və İran


Bakı Dövlət Universitetinin dosenti Pərviz Kazımi Cümhuriyyət dövrü və onun görkəmli nümayəndələri barədə nəçr olunmuş əsərlərin qısa xülasəsini çatdırıb.

Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Həcər Hüseynovanın (Umani) və filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin çıxışlarında bəhs olunan dövrün alimlərinin, mütəfəkkirlərinin, şair və yazıçılarının qarşılıqlı əlaqələri barədə ətraflı söhbət açılıb. Onların yaradıcılıq nümunələrinin ictimai fikrin formalaşmasına təsiri konkret misallarla əsaslandırılıb.

İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:  Azərbaycan Xalq Cümhuriyyəti və İran

Tədbirdə İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi), həkim Keyhan Mirzayi, media təmsilçilərindən Tamxil Ziyəddinoğlu (“Bütöv Azərbaycan” qəzeti), Əhməd Məmmədov (“İki sahil” qəzeti), Dünya Əliyeva (“Dünyainfo.az saytı), Həsən Cəbrayılov -Ahəngi (“Mühacir” qəzeti) və başqaları müzakirə olunan mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

İMC sədrinin birinci müavini Firudin İbrahimi “dəyirmi masa”ya yekun vuraraq bildirib ki, Cümhuriyyət ilində təşkilat bu silsilədən tədbirləri davam etdirəcəkdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İMC-nin dünyəvi Azərbaycan modeli

    İMC-nin dünyəvi Azərbaycan modeli ...

    4-08-2017, 13:00

  • 
  • İranlı Mühacirlər Cəmiyyətində sənətkarın yaradıcılıq gecəsi

    İranlı Mühacirlər Cəmiyyətində sənətkarın ...

    6-09-2017, 16:13

  • 
  • 20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər

    20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis ...

    17-01-2018, 16:02

  • 
  • Qaradağda dəyirmi masa keçirilib - Fotolar

    Qaradağda dəyirmi masa keçirilib - Fotolar ...

    10-07-2015, 14:13

  • 
  • Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda dəyir masa keçirilib

    Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda ...

    8-11-2014, 00:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu