İş elanları, ev alğı-satqısı ilə bağlı son məlumatların işıqlandırıldığı məşhur “Birja” qəzeti bu gündən etibarən çapını dayandırıb.
Bu barədə qəzetin sonuncu çapında məlumat yerləşdirilib. Qəzetin çapının hansı səbəbdən dayandırdığı məlum deyil. Elanda qeyd edilib ki, 1 iyun 2018-ci il tarixindən etibarən “Birja” qəzeti çap edilməyəcək.
Məlumata görə, “Birja” artıq elektron versiyada fəaliyyət göstərəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?