GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Özəl bağçaların əksəriyyəti məmurlarındır

Özəl bağçaların əksəriyyəti məmurlarındır

Tarix: 12-06-2018, 19:44 Bölmə :Cəmiyyət Baxış: 470
Özəl bağçaların əksəriyyəti məmurlarındır


Bakıda yerləşən “Kids studio” bağçasında tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
Sosiaal şəbəkələrdə aparılan müzakirələrə görə, bağça indiyədək lisenziyasız fəaliyyət göstərib. Bu və bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün rəsmilərə və ekspertlərə müraciət etdik.

“Özəl bağçalara lisenziyanı Bakı Şəhər İcra Hakimiyyəti vermir”

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum özəl bağçalara nəzarət fəaliyyətini həyata keçirmir:
“İcra Hakimiyyəti dövlət bağçalarına nəzarət edir. Onlara da lisenziya verilməsi nəzərdə tutulmur. Amma özəl bağçalara nəzarətin hansı qurum tərəfindən icra olunduğunu dəqiq söyləyə bilmərik. Bizdə olan məlumata görə, özəl bağçalara nəzarət ya Təhsil Nazirliyi, ya da Daxili İşlər Nazirliyinin hansısa şöbəsi tərəfindən verilir. Bizdə bu barədə dəqiq məlumat yoxdur”.

“Kimsə yaxasını kənara çəkməsin”

Təhsil eksperti Kamran Əsədov isə Modern.az-a açıqlamasında bir çox suallara aydınlıq gətirib. Ekpert bildirib ki, ölkədə hər hansı hadisə baş verən kimi şablon olaraq “müəssisə qeydiyyatsız fəaliyyət göstərib”, yaxud “həmin şəxs işdən çıxarılıb”, yaxud “bizdə bu adda adam çalışmır” və s. açıqlamları verilir:

“Azərbaycan Respublikasının qanunvercilik aktlarına görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki və hüquqi şəxsə xidmət göstərmək hüququ verilir. Lisnziyadan keçib ya da keçməmək həmin bağçanın fəaliyyət göstərib-göstərməməsinə hüquqi zəmin yaratmır. Lisenziyadan keçmək könüllülük prinsipi əsasında baş verə bilər. Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına görə, Azərbaycan dövləti sahibkarlığı dəstəkləyir və heç kimin fəaliyyət sahəsinə məhdudiyyət tətbiq edilə bilməz. Ona lisenziyanın verilib-verilməməsi qanun pozuntusu sayılmır. Bu baxımdan kimlərsə ““Kids studio” bağçası lisenziyasız fəaliyyət göstərirdi” deməklə məsuliyyəti üzərindən atmasın”.

“94 özəl bağçadan 20-nin lisenziyası var”

Ekspert deyib ki, hazırda Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl uşaq bağçası fəaliyyət göstərir:

“94 uşaq bağçasından cəmi 20-si lisenziya alıb. Bu da könüllülük prinsipləri əsasında. Lisenziya almaq üçün 1600 manatadək vəsait ödənişi tələb edilir. Bilirik ki, bəzən lisenziya verilməsində şəffaflıq təmin edilmir. Amma konkret olaraq lisenziya verilməsi üçün tələb olunan şərtlər olduqca ağırdır və bu, biznes maraqlarına ziddir.
Ümumilikdə istənilən hüquqi və fiziki şəxs vergi qeydiyyatından keçərək, bağça və digər xidmət sahəsində fəaliyyət göstərə bilər. Bu gün heç bir qurum yaxasını kənara çəkməsin ki, “biz lisenziya verməmişik”, yaxud “bağçanın fəaliyyətindən xəbərsiz idik”.
O bağçaların hər biri vergi ödəyicisi kimi qeydiyyatdan keçib, Azərbaycan dövləti də sahibkarların yanındadır. Bu hadisə əlbəttə, təəssüf doğuran məqamdır. Amma bu kimi hallarda mütləq şəkildə “qurumun fəaliyyəti dayandırılmalıdır” fikri əsas meyar olmamalıdır. Onda belə çıxır ki, hansısa bağçada bu kimi fakt olan kimi, bağçanı bağlamalıyıq?..
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsində bu kimi zorakılığa qarşı cəza tədbirləri nəzərdə tutulub. Biz isə qanunları kənara qoyub, məsələni icitmai qınağa çeviririk. Cinayət Məcəlləsinin 126-cı maddəsində ictimai ittiham əsasında şikayət nəzərdə tutulan halda, qurum fəaliyyətini dayandırmalıdır. Onda belə çxıır ki, hər kəs 5-3 nəfəri ətrafına yığıb kimdənsə şikayət edib fəaliyyətini dayandıra bilər? Xeyr! Bu halı törədən şəxs birbaşa özü məsuliyyət daşımalıdır. Qanunvericilikdə bunun üçün cərimə cəzası, islah işləri, ən son anda onun işdən çıxarılaraq həbs edilməsi nəzərdə tutulub”.

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir”

K.Əsədov dövlət və uşaq bağçalarının vahid mərkəzdən idarə olunmasını təklif edib:

“Problem bundadır ki, Azərbyacanda özəl bağçalara nəzarət sistemi yoxdur. Oradakı təhlükəsizlikdən, qidalanmadan, kadrların bu sahəyə nə qədər yaralı olub-olmamalarından xəbərsizik. Problemin kökü odur ki, özəl bağçalar nəzarətsizdir.
Hər kəs bir bina götürür, vergi qeydiyyatından keçirir və reklam vasitəsilə çox sayda insan cəlb edərək, fəaliyyət göstərir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansına verilməlidir. Ona görə verilməlidir ki, vahidlik prinsipi qorunsun. Yəni ibtidaidən aliyə qədər vahid mərkəz tərəfindən idarə olunsun. Yəni bu, o qənaəti formalaşdırmasın ki, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində hər şey əladır, yaxud məktəblərdə vəziyyət o qədər ürəkaçandır ki, bağçaları da düzəldəcəklər. Biz Təhsil Nazirliyinin özünün tabeliyində olan təhsil müəssisələrində keyfiyyət artımını gözləyirik.
Sadəcə vahidlik prinsipi baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasının tərəfdarıyam. 2011-ci ildən bağçalar İcra hakimiyyətlərinin balansına verildi və fəaliyyətləri tamamilə nəzarətsiz hala düşdü. Düşünürəm ki, bağçalar, digər dünya ölkələrində olduğu kimi, ayrıca bir qurumun tərkibinə verilməli, amma o qurum ümumilikdə Təhsil Nazirliyinin nəzdində olmalıdır. Necə ki, diplomların tanınması və akreditasiyası, peşə təhsili nazirliyə tabe olan ayrıca bir qurum tərəfindən idarə olunur . Eynilə məktəbəqədər təhsil müəssiələri, uşaq bağçaları, körpələr evi, internat evləri də vahid qurum tərəfindən idarə olunmalıdır ki, oradakı şəxslərin nə qədər təhsilə yararlı olub-olmadığını müəyən edə bilək. Biz bilmirik o müəssisələrdə nə qədər qida zəhərlənmələri olur, təhlükəsizlik məsələlərinə nə qədər riayət olunur və s”.

Özəl bağçalar kimindir?..

Ekspert özəl bağçaların əksəriyyətinin məmurlara məxsusluğunu və onlara müdaxilənin mümkünsüz olduğunu diqqətə çatdırıb:

“Onu da qeyd etmək istəyirəm ki, özəl bağçalar ictimaiyyətə açıq deyil. Dövlət bağçaları açıqdır, biz vaxtaşırı bu yöndə müzakirələr aparırıq. Amma özəl bağçalar bir çox hallarda məmurlara, bu və digər vəzifəli şəxslərə, İcra Hakimiyyətlərinin şəxsi fəaliyyətlərinə bağlı olduqlarına görə onlara müdaxilə etmək olmur. Özəl bağçalar birbaşa məmurlara tabe olduğu üçün onlara müdaxilə etmək çətindir. Bu kimi problemlərin aradan qaldırılması üçün dövlət və özəl bağçalar vahid qurum tərəfindən idarə edilməlidir. İstər rəhbər işçilərə, istərsə də digər işçilərə fəaliyyətinin yararlılığı ilə bağlı lisenziya verilməlidir. Amma bu fəaliyyət lisenzityası biznes mühitinə zərbə vurmamalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyəti nazirliyi suçladı – “Kids studio” qalmaqalı

    İcra Hakimiyyəti nazirliyi suçladı – “Kids ...

    12-06-2018, 17:07

  • 
  • Bağça müdirəsi polis bölməsinə aparıldı

    Bağça müdirəsi polis bölməsinə aparıldı ...

    12-06-2018, 00:29

  • 
  • “Kids Studio” bağçasında uşağa işgəncə verən qadın... - FOTOLAR, VİDEO

    “Kids Studio” bağçasında uşağa işgəncə verən ...

    12-06-2018, 11:30

  • 
  • Uşaqların döyüldüyü bağça bağlandı - "O görüntülər qisas almaq üçün yayılıb" - FOTO

    Uşaqların döyüldüyü bağça bağlandı - "O ...

    11-06-2018, 21:38

  • 
  • Oliqarx məmurlar “uşaq bağçası biznesi”ndə

    Oliqarx məmurlar “uşaq bağçası biznesi”ndə ...

    6-05-2014, 09:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu