Hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.
***
Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Maşınların çoxu istifadəyə yararsızdır.
***
Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.
Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir./qafqazinfo
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?