GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mingəçevirdəki qəza bizi hansı nəticələrə yönəltdi?

Mingəçevirdəki qəza bizi hansı nəticələrə yönəltdi?

Tarix: 7-07-2018, 12:58 Bölmə :Cəmiyyət Baxış: 272
Mingəçevirdəki qəza bizi hansı nəticələrə yönəltdi?


Bəlkə nə vaxtsa qeyri-bioloji sistemlərin də mövcudluq şərtləri haqda yeni nəsə öyrənəcəyik. Amma hələki öz mövcudluğunu tənzimləyən və bunun üçün zəruri keyfiyyətlərə malik olan yalnız canlı dünya – bioloji sistem və ünsürlərdir.

Bu mənada nə insan fərd kimi, nə də ki, cəmiyyət toplum kimi istisna deyil. Biz müxtəlif vaxtlarda ən rəngarəng və çeşidli dəyərləri – azadlığı və yaxud da rifahı, hətta hər bir insan üçün özəl bir məzmun kəsb edən xoşbəxtliyimizi belə təhlükəsziliyimizdən önə çəkməyə çalışsaq da, azacıq ekstremal və yaxud da fors - major bir situasiya yaranan kimi hər şeyi unudub dərhal ilk növbədə təhlükəsizliyimizin qeydinə qalırıq ki, bu, da təbiidir, çünki hər şey üçün, hətta azad və xoşbəxt olmaq, firavan yaşamaq üçün də öncə mövcud olmaq və özümüzün həm sosial və həm də bioloji mövcudluğumuzu təmin etmək lazım gəlir.

Bilirəm, soruşacaqsınız ki, belə “fəlsəfi” girişə nə ehtiyac var? Amma son günlərdə elektrik enerjisi ilə bağlı yaşadığımız problemlər diqtə edir ki, məsələyə xüsusi diqqət ayıraq.

Təbii ki, belə hallar hər yerdə ola bilir və heç bir ölkə bundan tam sığortalanmayıb. Amma bunu adi bir sənaye qəzası kimi də yaşamaq düzgün deyil, çünki son bir-iki gün ərzində belə məlum oldu ki, elektrik stansiyasında baş vermiş adi texniki qəza bir neçə günün içində ölkəni tamamilə iflic edə bilər. Bizsə adi ölkədə yaşamırıq, müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarıyıq.

Ona görə də problemlə bağlı nəticələrimizi də cari və perspektiv nəticələr kimi iki qrupa bölməliyik. İlk cari nəticə isə budur ki, istənlən, hətta texnoloji inhisar belə təhlükəlidir. Ona görə də enerji təhlükəsizliyi də alternativ şəbəkələrin yaradılmasını, bu sistemin də diversifikasiyasını tələb edir.

Digər bir nəticəsə bu sistemdəki qulluqçu personalın məsuliyyətinin artırıılmasıdır. Biz həmişə qeyd edirik ki, indiki halda milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri də korrupsioner və səhlənkar məmur və qulluqçulardır, çünki bunlar bizi aldatmaqla, işlərinə məsuliyyətsiz yanaşmaqla, dövlət xərclərini təyinatı üzrə xərcləməməklə bütün ölkəyə bu cür gözlənilməz “sürpriz”lər yaşada bilərlər. Belə hallarda iş qınaqla, kimisə danlamaqla bitməməlidir. Adam bizim bəzi yüksək çinli məmurların, o cümlədən də bəzi nazirlərin davranışını seyr edəndə ixtiyarsız olaraq bir sual keçir beynindən: görən, daha nələr baş verməlidir ki, bizim bəzi məmurlarımız “Mənim səhvim və yaxud da ki, səhlənkarlığım ucbatından belə hadisə baş verdi və bu səbəbdən də mən daha bu psotda qala bilmərəm” deyə bilsinlər?

Konkret hala, Mingəçevir SES-də qəzaya gəldikdə isə, əlbəttə ki, bu, ciddi şəkildə təhlil edilməli, ümumlikdə, SES-in texniki vəziyyəti ciddi monitorinq edilməli və təxirəsalımaz işlər görülməlidir. Səhv etmiriksə, artıq prezidentin də məsələ ilə bağlı xüsusi göstərişi var və hətta müvafiq orqanlara problemi hüquqi müstəvidə araşdırmaq da tapşırılıb.

Ümumilikdə problem bir daha enerji təhlükəsizliyi problemini də gündəmə gətirdi. Bu xüsusda daha bir məsələni də qeyd etmək yerinə düşərdi. Azərbaycan əsas etibarilə karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Amma yeni enerji mənbələrinə də diqqətimiz artırmalıyıq. Söhbət təkcə sırf təbii və alternativ enerji mənbələrindən, bərpa olunan resurslardan, məsələn, Günəş və ya külək enerjisindən getmir. Ölkədə bu sahədə də müəyyən işlər görülür və bunu da təqdir etmək lazımdır.

Amma son qəza da göstərdi ki, qeyd olunan seqment ölkənin enerji resurslarında elə də böyük bir çəkiyə malik deyil. Ona görə də ənənəvi enerji resurslarına, yüksək texnoloji tutuma malik modern enerji sistemlərinin yaradılmasına çalışmalıyıq. Bu istiqamətdə ilk ağla gələn təbii ki, atom enerjisidir. Niyə Azərbaycanda AES-in tikintisi haqqında düşünməyək?

Dərhal qeyd edək ki, bir neçə il bundan əvvəl bu haqda da söhbətlər gəzirdi. Amma onar davamlı olmadı. Halbuki AES-in tikilməsi yüksək texnoloji parkın yaranması, elmi tutumlu sənaye sektorunun formalaşması və ən başlıcası da, enerji ehtiyatlarının artması baxımından önəmli olardı.

Əlbəttə ki, bu, böyük məsrəf tələb edir. Amma bizim buna həm imkanımız var, həm də enerji özü sərfəli bir kapitaldı, onu digər ölkələrə də satmaq olur.

Əsas odur ki, heç bir sahədə inhisar olmasın. Həm də nəzərə almaq lazımdır ki, getdikcə enerjiyə ehtiyac artır. Məsələn, nisbətən mülayim iqlimə malik Gürcüstanda belə yay aylarında qışdakından çox enerji sərf olunur.

Düşünürük, Azərbaycanın daha çox enerji tələbatının olduğunu əsaslandırmağa ehtiyac yoxdur– həm istehlakçıların sayı qat-qat artıqdır, həm də ki, sənaye sektoru daha güclüdür. O səbəbdən daha çevik qərarlar qəbul etməli, strateji planlaşdırmaya diqqəti artırmalıyıq – təkcə bugünün deyil, həm də sabahın çağırışları haqqında düşünmək lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rusiyaya qarşı bioloji savaş hazırlanır”

    “Rusiyaya qarşı bioloji savaş hazırlanır” ...

    31-10-2017, 21:34

  • 
  • Azərbaycanda həkimlərə QADAĞA

    Azərbaycanda həkimlərə QADAĞA ...

    20-09-2016, 14:08

  • 
  • Ermənistandan Azərbaycana bioloji silah…

    Ermənistandan Azərbaycana bioloji silah… ...

    25-12-2014, 23:32

  • 
  • Tibbdə inqilab: şəkər xəstələrinə şad xəbər

    Tibbdə inqilab: şəkər xəstələrinə şad xəbər ...

    16-08-2017, 11:15

  • 
  • QHT fəlsəfəsi ilə avtoritar düşüncə savaşı

    QHT fəlsəfəsi ilə avtoritar düşüncə savaşı ...

    5-04-2013, 10:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu