Hazırda həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadə ictimaiyyətə ünvanlanan məktub yollayıb.
Artıq 6-cı ildir ki, həbsdə olduğunu yazan İ.Rüstəmxadə ilk dəfədir özünü bu qədər gücsüz hiss etdiyini və dostlarının dəstəyinə böyük ehtiyacı olduğunu yazıb.
“Artıq boğuluram, nəfəs ala bilmirəm” yazan İ.Rüstəmzadə ona qarşı tətbiq olunan sərt məhdudiyyətlərdən, ən xırda məsələlərə görə çəkişməyə girməsindən narazılıq edib: “Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki,gücüm çatmır”.
Bir çox məsələlərdə bir məhbus olaraq hüquqlarının məhdudlaşdırıldığını və digər məhbuslara tətbiq olunmayan məhdudiyyətlərin ona qarşı tətbiq olunduğunu vurğulayan İ.Rüstəmzadə eyni zamanda informasiyaya çıxışının da tam məhdudlaşdırıldığını yazıb: “Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm”.
NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?