GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MTN amerikalı Aleks Qriqoryevsin əleyhinə ifadə alıb”

“MTN amerikalı Aleks Qriqoryevsin əleyhinə ifadə alıb”

Tarix: 6-04-2014, 14:18 Bölmə :Ölkə Baxış: 716
“MTN amerikalı Aleks Qriqoryevsin əleyhinə ifadə alıb”
NİDA-çıların məhkəməsində daha bir qarşıdurma yarandı

Dünən NİDA hərəkatı fəallarının işi üzrə məhkəmə prosesində müttəhim İlkin Rüstəmzadə ifadə verib. Məhkəmə zalında ictimai dəstək qrupunun üzvləri üzərində müttəhimlərin fotosu olan maskalar geyinərək fleş-mob düzəldiblər.
Məhkəmə öncə vəkil Xalid Bağırovun dünənki vəsatətinə baxıb. Belə ki, vəkil prosesə yeni şahidlərin çağırılmasını təklif edib. Onlar müttəhimlərin fevralın 28-də “Venesiya” kafesində olmadıqlarını və kütləvi iğtişaşlar planını müzakirə etmədiklərini təsdiqləyə bilər. X.Bağırov bəzi KİV-də yayılan materialların linklərini təqdim edib. Bunlar sübut edir ki, fevralın 28-də əsgər Seymur Allahverdiyevin ölümü hələ məlum deyildi, odur ki, bununla bağlı etiraz aksiyası həmin günə təyin edilə bilməzdi. Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxıb. Bundan sonra hakim Cavid Hüseynov vəsatəti təmin etməyib. Müttəhim Rüstəmzadə ifadə verməzdən əvvəl bildirib ki, hansı cinayəti törətməkdə ittiham olunması ona aydın deyil.
Dövlət ittihamçısı Nemət Əvəzov bildirib ki, o, “mütəşəkkil cinayətkar qrupun üzvü” olub və Facebook-da 10 mart etiraz aksiyasına çağırış edib. Rüstəmzadə öz ifadəsində bildirib ki, aksiyada iştiraka çağırış Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş toplaşma azadlığının reallaşmasıdır. Azərbaycan qanunvericiliyində buna görə cinayət cəzası nəzərdə tutulmur, yalnız inzibati cəza nəzərdə tutulur.
“Qanunsuz partlayıcı maddə saxlanması” barədə ittihama gəlincə, bu ittiham müttəhim Şahin Novruzlunun ifadəsi əsasında irəli sürülüb. Belə ki, Ş.Novruzlu işğəncə altında etiraf edib ki, guya Rüstəmzadə Facebook-da iğtişaşlara çağırıb.
Digər tərəfdən, Novruzludan “götürülən” “Molotov kokteyli” partlayıcı yox, alışan maddədir və 228.3 maddəsi üzrə məsuliyyət nəzərdə tutmur. Ş.Novruzlu və Bəxtiyar Quliyevin Facebook-da yazışmaları, “Molotov kokteyli”nin tətbiqi məsələsinin müzakirəsi cinayət təqibi üzrə predmet ola bilməz. O, Avropa Məhkəməsinin presedent qərarlarına istinadla deyib ki, sosial şəbəkələrdəki profil özəl mülkiyyət sayılır və orada söylənilən fikirlərə görə heç kim cəzalandırıla bilməz. Rüstəmzadə həmçinin xuliqanlıqda ittiham olunmasının əsassız və absurd olduğunu deyib. Belə ki, istintaq Rüstəmzadəni dənizkənarı bulvarda Harlem Shake rəqs fleşmobunun təşkilində və YouTube-da videosüjetin yerləşdirilməsində təqsirli bilir.
Cinayət qanunvericiliyində xuliqanlıq inzibati qanunvericilikdə olduğundan onunla fərqlənir ki, bu hərəkətlərin nəticəsində kiməsə fiziki zərər və ya əmlak ziyanı dəyir. İndiki halda isə zərərçəkən yoxdur. Bundan əlavə, Rüstəmzadə deyib ki, o, ümumiyyətlə videoda görünməyib.
Sonra o, bildirib ki, müstəntiqlər zorla ondan ifadə alıblar ki, guya Azərbaycandakı ABŞ Milli Demokratiya İnstitutunun keçmiş nümayəndəsi, cinsi azlıqlara mənsub Aleks Qriqoryevs “Azərbaycan gənclərinin mənəviyyatının pozulması” üçün layihələr maliyyələşdirib. Və sözügedən videoçarxa görə vəsaiti də məhz o, digər müttəhim Üzeyir Məmmədlinin vasitəsilə ayırıb.
Həbsdən bir gün əvvəl (16 may 2013-cü il) Rüstəmzadəyə Rəşad Həsənova böhtan atmaq təklif olunub, əvəzində isə xaricə getməyə zəmanət verilib. Sonda Rüstəmzadə hakimiyyəti ləyaqətlə mübarizə aparmağa çağırıb. O, ATV telekanalında aparıcı, deputat Etibar Hüseynovun proqramında Harlem Shake videoçarxının göstərilməsini, NİDA fəallarının mənəviyyatsız adamlar kimi təqdim edilməsini pisləyib. Növbəti məhkəmə iclası aprelin 8-də olacaq.
Xalid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə salındı

    NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə ...

    5-12-2013, 14:07

  • 
  • N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında münaqişə

    N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında ...

    6-02-2014, 14:29

  • 
  • Hakim məhbus fəalı təbrik etdi

    Hakim məhbus fəalı təbrik etdi ...

    9-01-2014, 16:25

  • 
  • MTN əməkdaşı məhkəmə qarşısında

    MTN əməkdaşı məhkəmə qarşısında ...

    15-01-2014, 14:43

  • 
  • Cəmil Həsənli “Nida”çıların məhkəməsində

    Cəmil Həsənli “Nida”çıların məhkəməsində ...

    28-11-2013, 12:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu