GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto

Tarix: 10-07-2018, 23:49 Bölmə :Cəmiyyət Baxış: 425
Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto


Səbail rayonu, 20-ci sahə, şəhid Arif İsmayılov küçəsində köhnə su borularının partlaması nəticəsində sakinlər artıq 10 gündür susuz qalıb. “Azərsu” Səhmdar Cəmiyyəti küçədə yeni su xəttinin çəkilişinə başlayıb, amma “qaş düzəldilən yerdə göz çıxarılıb”. Kanalizasiya xətti də sıradan çıxıb, onsuz da bərbad vəziyyətdə olan yollar dağıdılıb.Yolların dağılması səbəbindən “Azərsu”ya məxsus maşın palçıqlı çuxura düşüb, iki gündür çıxarmaq mümkün olmur. Bu gün maşının çıxarılması üçün əraziyə əlavə texnika cəlb edilib.

Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində yollar palçıqdan keçilməz olur, gah kanalizasiya, gah da su borusu partlayır. “Azərsu” yeni boru çəksə də, xətt qoşulmayıb, hələ də əksəriyyət bir vedrə su üçün günün istisində küçənin bu başından o biri başına gedir. “İllərdir bu küçə su və yol problemi ilə əlləşir. Dərdimizi kimə deyəcəyimizi bilmirik, yayda nəinki yuyunmaq, heç içməyə su tapmırıq”, - sakinlərdən Qəşəm Məmmədov söyləyir

Həmsöhbətimiz deyir ki, bu istidə günlərdir ki, yuyuna bilmirlər: “Hər şey cəhənnəm, iydən-qoxudan tualetə girə bilmirik. Tualetə tökməyə su yoxdur, çimməyə bir qab su tapmırıq. Bir vedrə su gətirmək üçün bir kilometr yol gedirik”.

Yayın qızmar günündə palçıqlı olan küçə Ələt magistral yolunun üstündə yerləşir. Küçə boyu mağaza və iaşə obyektləri var, amma artıq iki həftədir ki, nə obyekt sahibləri, nə də sakinlər şəxsi maşınlarından istifadə edə bilmirlər. Mağazalara mal daşıyan firmalardan birinə məxsus mikroavtobus da dünən gecə küçənin tən ortasında qazılan çuxura düşüb, hazırda maşının çıxarılması üçün palçığı bellə kənara daşıyırlar. Sakinlər suyun fontan vurduğu yerlərdə borunun üzərinə daş-kəsək yığıb

Sakinlərdən Azər Quliyev isə deyir ki, “Azərsu” işi yarımçıq saxlayıb, nə təzə xətt işə salınmayıb, nə də ən azı qazılan çuxurlar doldurulmayıb: “Belə zülm olar? İnanın, həyatımızdan bezmişik. Az qalırıq ki, özümüz onların yerinə fəhləlik edək. Küçə su ilə dolur, palçıq olur, biz bir udum suya möhtac qalmışıq”

Nisbətən yaşlı qadın isə “Azərsu”nun ərazidəki əməkdaşları ilə mübahisə edir. Deyir ki, 25 ildir bu küçənin problemləri bitib-tükənmək bilmir. “21-ci əsrdə içməli su, palçıqlı küçə problemi ilə yaşayırıq. Afrika cəngəlliklərində belə 40 dərəcə istidə palçıq olmur. Camaat maşını saxlamağa yer tapmır. Biz də insanıq, bizi də insan yerinə qoysunlar”, - qadının əsəbi sözlərinə mağaza satıcılarından biri də qatılır, “Azərsu”nun əməkdaşı isə əsəbləşmiş sakinlərə cavab vermək əvəzinə ərazidən uzaqlaşır.
Küçənin girişində şəhid Arif İsmayılovun xatirə lövhəsi qoyulub. Sakinlər deyirlər ki, şəhidin adını daşıyan bu küçə unudulub. Səbail Rayon İcra Hakimiyyətinin rəsmiləri heç olmasa bircə dəfə yollarını burdan salsınlar, sakinlərin illərlə necə əzab çəkdiklərinin şahidi olsunlar, bəlkə insafa gələrlər.

Yaranmış problemlə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Səbail Sukanal İdarəsinin rəisi Rauf Osmanov virtualaz.org-a açıqlamasında bildirdi ki, hazırda həmin ərazidə iş gedir, bir həftə ərzində qəsəbəyə suyun verilişi tanamilə bərpa olunacaq: “Biz orada boru xəttini dəyişmişik, yeni boru çəkilib. Amma həmin boru təxminən 70 metr yuxarı çəkiləcək. Yəqin ki, bir həftəyə borunun çəkilişi tamamlanacaq, ondan sonra həmin əraziyə suyun verilişi tamamilə bərpa olunacaq”.
“Azərsu” rəsmisi həmçinin yaranmış problemləri aradan qaldırmaq üçün əməkdaşların qeyd edilən ünvana göndəriləcəyini dedi: “Mən bildiyimə görə, orada su almayan abonent yoxdur. Biz indi əməkdaşlarımızı əraziyə göndərərik, problemi aradan qaldırsınlar. Əgər su almayan varsa, ilkin olaraq onların problem aradan qaldırılacaq, suyun təzyiqi artırılacaq. Bir həftəyə isə su tamamilə bərpa ediləcək”.

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto
Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto
Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto
Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto
Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb - foto
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya keçirəcək

    Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya ...

    15-12-2013, 12:02

  • 
  • Sumqayıt sakinləri çətinə düşüb: Yolları şagirdlərə və müəllimlərə təmizlədirlər

    Sumqayıt sakinləri çətinə düşüb: Yolları ...

    4-02-2014, 21:17

  • 
  • Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır

    Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır ...

    23-09-2016, 00:38

  • 
  • Bakının bir hissəsi susuz qalacaq

    Bakının bir hissəsi susuz qalacaq ...

    18-02-2016, 18:03

  • 
  • “Azərsu” korrupsiya ittihamına cavab verdi - (Yenilənib)

    “Azərsu” korrupsiya ittihamına cavab verdi - ...

    12-02-2014, 22:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu