Tanınmış jurnalist Səbuhi Məmmədli bu gecə intihara təşəbbüs edib. O, öz niyyəti barədə Feysbuk sosial şəbəkəsində anons payaşıb. Jurnalisr yazıb: "Bəsdi, bəsdi, bəsdi. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək (gərginlikli) elektrik naqilləri var. Sizə reailiti-şou göstərəcəm. Çıxdım. Şəhərcikdən. Gəlin. Bəlkə elə yolda başqa şou da oldu..."
Bundan əvvəl isə o, aşağıdakı məzmunda başqa bir status yazıbmış: "Ölmək istəmirəm. Çox qorxurammm. Bu nə səhvlərdir, mən buraxdım.....bitsin...".
Sonra jurnalistin taleyi ilə bağlı nələr baş veribsə, indilikdə təfərrüatıyla məlum deyil. S.Məmmədlinin iş yoldaşı Nəsimi Nəbizadə isə FB səhifəsində onun hazırda Musa Nağıyev adına klinikada, reanimasiyada olduğunu, yanına heç kəsin buraxılmadığını, həyatının Səbuhi Axundov adlı həkim tərəfindən xilas edildiyini yazıb.
Jurnalistin digər həmkarları da onun səhhətində müəyyən problemlər (yüksək qan təzyiqi, şəkər) olduğunu, son vaxtlar depressiyaya düşdüyünü qeyd ediblər.
Qeyd edək ki, Səbuhi Məmmədli müasir Azərbaycan jurnalistikasının ən parlaq imzalarındandır. O, dünyanın bir çox qaynar nöqtələrində olub, reportajlar hazırlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?