Kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavini Gözəl Bayramlının Ali məhkəmədə sentyabrın 5-nə təyin olunan məhkəməsi təxirə salınıb.
Vəki Elçin Sadıqovun sözlərinə görə prosesin təxirə salınmasına səbəb işə baxan hakimin məzuniyyətdə olmasıdır. Belə ki G. Bayramlının kassasiya şikayətinə baxılması barədə tarix sonra müəyyən olunacaq.
Müdafiə tərəfi AXCP sədr müavini barəsində Qazax rayon Məhkəməsinin, ardınca Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərarlar qanunsuz və əsassız olduğunu düşünür. Hesab edirlər ki, həmin qərarlar ləğv edilməlidir. Siyasətçinin vəkillərinin Ali Məhkəməyə təqdim etdikləri kassasiya şikayətində belə vurğulanır.
AXCP üzvləri Ali Məhkəməsinin binası qarşısında Kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib.
G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanın əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?