Ötən gün azərbaycanlı qadın Avstriyanın Zalsburq şəhərində yerləşən polis saxlama məntəqəsində yanğın törədib.
"Hernalser Gürtel" saxlama mərkəzində baş verən hadisə zamanı 43 yaşlı Azərbaycan əsilli qadın kamerasında döşəyə od vurub. Təhlükəsizlik siqnalı dərhal işə düşüb və 10 dəqiqə ərzində 22 yanğınsöndürən yanğını söndürməyə müvəffəq olub. Yanğınsöndürmə qrupunun rəhbəri Horst Reyter açıqlamasında qadının bəxtinin gətirdiyini, parçaların sintetik tərkibinə görə tüstünün kəskin olduğunu deyib və zəhərlənmə ehtimalına görə yanğını törədən şəxsin xəstəxanaya aparıldığını bildirib.
Polis sözçüsü Nina Laubiçler qadının deportasiya məqsədilə yox, inzibati qayda pozuntusuna görə həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, polis saxlama mərkəzində siqaret çəkməyə icazə verilir. Yanğından sonra digər kameralar da evakuasiya edilib və 7 miqrant, 3 yanğınsöndürən də zəhərlənmə ehtimalına görə "Landeskrankenhaus Salzburg" klinikasına aparılıb./Qaynarinfo
Sorğu
Yeni dizaynımız necədir?