Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Adil Mikayıllı mitinqin təbligat materiallarını paylayarkən Bakı səhər Nərimanov rayon polis idarəsinin 18- ci polis bòlməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Adil Mikayıllı onunla əlaqə saxlayan Sozcu.az saytının əməkdaşına bildirib ki, mitinqin təbliğat elanını yapşdırdığı zaman polislər ona yaxınlaşaraq polis bölməsinə aparıblar. Hazırda ondan izahat alındığını deyən KXCP üzvü, polis bölməsində onunla gobud davrandıqlarını da bildirib.
Xatırladaq ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçiriləcək, və bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu “Qarabağ mitinqi”nə Bakı Meriyası icazə verib.
29 sentyabrda "Məhsul" stadionunda keçiriləcək mitinqi parlamentdə təmsil olunan bir çox deputatlar, o cümlədən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov da dəstəklədiklərini bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?