GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun şikayətinə ilkin baxış olub

Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun şikayətinə ilkin baxış olub

Tarix: 10-10-2018, 16:27 Bölmə :Cəmiyyət Baxış: 435
Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun şikayətinə ilkin baxış olub


Bloger vaxından əvvəl şərti azadlığa buraxılmasını istəyir

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasının təmin edilməməsi barədə Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi şikayətə ilkin baxış olub. Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib

Mehman Hüseynov iki illik cəzasının bir il yarımından çoxunu çəkib. Bu səbəbdən vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciəət edib. Avqustun 24-də məhkəmə blogerin saxlanıldığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində olub və müraciət təmin edilməyib. Məhkəmə səbəb kimi cəzaçəkmə müəssisəsinin Hüseynov barəsində mənfi rəy verməsini göstərib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloğer həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloğerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloğer barəsində aşağı məhkəmənin hökmünü yenidən qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Onun videoları geniş rezonans doğurub, yüz minlərlə insan tərəfindən izlənilib. Bloger həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Bu günki məhkəmədə vəkil Şəhla Hümbətova vəsatət qaldırıb ki, Mehman Hüseynov haqqında mənfi rəy vermiş cəzaçəkmə müəssisəsinin əməkdaşı Təbriz Əzizov məhkəmədə dindirilsin. Hakim vəsatəti təmin etməyib.

Şəhla Hümbətova məhkəmədən sonra bildirib ki, blogerə qarşı psixoloji təzyiqlər var.

Məhkəmə iclasını izləyən Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, hökumət korrupsiyaya qarşı mübarizədə Mehman Hüsenyovun videolarından istifadə etməlidir.

"Amma blogerin mülklərini çəkdiyi korrupsionerləri deyil, dünyanın ən düzgün adamı olan Mehmanı həbs edirlər", o qeyd edib.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə fundamental azadlıqların, o cümlədən söz azadlığının tam təmin edildiyini bildirir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, jurnalistlərin və blogerlərin fəaliyyətinə görə həbs edilmədiyini deyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Hüseynov azadlığa buraxılmadı - Səbəb (Yenilənib)

    Mehman Hüseynov azadlığa buraxılmadı - Səbəb ...

    24-08-2018, 21:25

  • 
  • Oktyabrın 10-da Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq

    Oktyabrın 10-da Mehman Hüseynovun apellyasiya ...

    5-10-2018, 10:59

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır

    Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır ...

    30-10-2017, 18:53

  • 
  • Mehman Hüseynovun işinə yenidən Ali Məhkəmə baxacaq

    Mehman Hüseynovun işinə yenidən Ali Məhkəmə ...

    6-03-2018, 14:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu