Kanal13.tv İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu oktyabrın 29-da saat 23 radələrində azad buraxılıb. O bu barədə oktyabrın 30-da gecə saatlarında facebook səhifəsində yaydığı özünün videomüraciətində bildirib. (https://web.facebook.com/ismayil.islamoglu/videos/894714337404957/)
Jurnalist bildirir ki, yuxusuzdur, ağrıları var, gözündə qançır olduğunu deyir.
“Kifayət qədər təzyiqlərə məruz qalmıışam”, o qeyd edir.
İslamoğlu oktyabrın 26-da işdən çıxdıqdan sonra iki nəfər mülki geyimli şəxs tərəfindən saxlanıldığını bildiriir.
“Mən Bakı şəhər Baş Polis İdarəsində saxlanılırdım. Ondan qabaq da başqa bir yerə apardılar. Azad buraxılmam ərəfəsində isə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirdilər”, o qeyd edib.
İslamoğlunun dediyindən aydın olur ki, o Bakı şəhər Baş Polis İdarəsində cinayət axtarış şöbəsində saxlanılıb.
“Üç gün sizə az vaxt kimi görünə bilər. Amma, mənim üçün uzun bir müddətdir. Saatlarla ac, sussuz, ayaq üstə saxlanılmışam. Məni vurublar, təhqir ediblər, aşağılayıcı sözlər deyiblər. Tək özümlə deyil yaxınlarımla təhdid olunmuşam. Mənə şərt qoyuldu ki, danışsan başın ağrıyacaq”, o qeyd edib.
Jurnalistin dediyindən aydın olur ki, o sosial şəbəkələrdəki statuslarına görə sorğu-suala çəkilib.
O danışdığı videoda Bakı şəhər Baş Polis İdarəsində otağında sorğu-sual edildiyi iki vəzifəli şəxsin adını çəkib.
Öz növbəsində, pəsmi qurumlar jurnalistin saxlanılmasının səbəbləri və yaydığı videoda dediklərinin doğru olub-olmaması ilə bağlı hələ məlumat yaymayıb.
İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu “Jara” festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?