GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Əgər bu sanksiya İranı çökdürüb, demokratiya gətirəcəksə..." - iranlılar danışır

"Əgər bu sanksiya İranı çökdürüb, demokratiya gətirəcəksə..." - iranlılar danışır

Tarix: 7-11-2018, 12:11 Bölmə :Cəmiyyət / Siyasət Baxış: 300
"Əgər bu sanksiya İranı çökdürüb, demokratiya gətirəcəksə..." - iranlılar danışır


İrana qarşı ABŞ sanksiyaları İslam Respublikası iqtisadiyyatının əsas sahələrini hədəfləməyə, Tehranın öz istiqamətini dəyişdirməsinə və "ziyanlı" fəaliyyətlərinə son qoymasına hesablanıb.

Bu ilin əvvəllərində prezident Donald Trump ABŞ-ı çoxtərəfli sazişdən çıxarıb. Bu saziş İranın nüvə proqramını sərt şəkildə məhdudlaşdırır. İndi isə ABŞ İranın neft və maliyyə sektorlarına sanksiyalar elan edib.

Lakin bu sanksiyaların İran xalqı üzərinə təsiri necədir?

ABŞ tədbirlərinin iqtisadi təsirlərini hiss edənlərdən bəziləri narahatlıqlarını BBC Fars Xidməti ilə bölüşüblər:

Ayeh deyir ki, sanksiyalar bir çox peşə sahiblərinə, xüsusilə də dövlət qulluqçularına ciddi ziyan vursa da, əgər onlar hökumətin ölkəni idarə etmə üslubunu dəyişəcəksə, ağrısını çəkməyə dəyər.

"Mən etiraf edirəm ki, sanksiyalar, xüsusilə də bizim həyatımızı təsirləndirir", Ayeh deyir.

"Əgər bu sanskiyalar İslam Respublikasını devirəcəksə, mən onlara, hətta alıcılıq qabiliyyətimi azaltsa belə, daha uzun müddətdə dözməyə hazıram. Əgər bunlar İslam Respublikasını çökdürüb, yerinə demokratik hökumət gətirəcəksə…"

Xaricdə oxuyan iranlılar üçün ən mühümü ölkənin bank sistemidir, Mahdis deyir. O əlavə edir ki, sanksiyalar vəziyyəti pisləşdirib.

"Bizim sanksiyalarla bağlı ən böyük problemimiz bank sistemi olacaq. Biz burada Fransada universitet təhsilinə başlayarkən mənim üçün və başqa iranlı tələbələr üçün bank hesabı açmaq çox çətin olmuşdu. İndi isə bu sanksiyalara görə biz İrandan pul ala bilməyəcəyik".

"Əgər bank köçürməsi İranın xaricində olan hər hansı iranlıya aiddirsə bloklana və pulun mənbəyini təsdiq edən əlavə sənədlər tələb oluna bilər. Bizim ən böyük problemimiz pul köçürmək və bir də məzənnədir".

Məhəmməd, İranın cənub-şərqindəki Zahedan şəhərinin sakini

Məhəmməd sanksiyaların tacirlərə və dükan sahiblərinə, habelə manufakturaçılara təsirindən narahatdır. Çünki sanksyaların olduğu bir vaxtda idxal olunan malların da qiymətləri qalxır.
Məhəmməd narahatdır ki, Tehrandakı bu dükan kimi bir çox mağazalar batmamaq üçün çabalamalı olacaq
"Sanksiyalar bizim sümüyümüzə işləyir, amma rəsmilər çox rahat danışırlar. Biz özümüz bir qarış da olsun parça toxuya bilmirik. Çox pis vaxtdır. Dükanlar qiymətləri qaldırır, bizim alıcılıq qabiliyyətimiz sıfra düşür. Tam bir sıfra".

Ruzbeh kimi Avropa İttifaqından elektrik malları gətirən biznes sahibləri də təchizatdan narahatdırlar:

"Dolların məzənnəsi qalxanda bizim də xərclərimiz dəfələrlə qalxır. Bizim Avropa təchizatçımız daha bizə mal vermir.

Ona görə də biz bu malları başqa yollarla gətirməli oluruq və qiymət də beləcə qalxır. Belə qiymətlərlə alıcı bizi tərk edəcək. Odur ki, biznesimiz təhlükə qarşısındadır.

Salamat qalmaq üçün yeganə yolumuz biznesin həcmindən qısmaqdır. Amma bunun bir neçə ailəyə, mənim işçilərimə pis təsiri olacaq".

Vahid də elektrik malları və avadanlığının şişirdilmiş qiymətlərindən narahatdır. O deyir ki, sanksiyaların təsirləndirdiyi başqa bir sahə də ev bazarıdır. Vahid bildirir ki, sanksiyalar ev almaq məsələsini çox çətinləşdirir.

"Bir gənc olaraq mən illərlə işləyib pul yığmışam ki, ipoteka üçün müraciət edim. Amma indi evlərin qiymətləri qalxıb. Əlimdəki pulla mən yalnız kiçik bir ev almağa ümid edə bilərəm.

Mənim gəlirim çox azdır. Heç bir ümidim yoxdur. Bilmirəm nə edim. Hamı narazıdır, amma heç kəs şikayət etmir. Adamlar qiymətlər barəsində yalnız donquldanır və söyürlər.

"Mən bilmirəm ki, gələcək üçün planlar nədir"./BBC Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran ABŞ-la əməkdaşlıq etməyəcək

    İran ABŞ-la əməkdaşlıq etməyəcək ...

    3-06-2016, 16:00

  • 
  • ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

    ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır ...

    18-07-2017, 14:44

  • 
  • İran Avropanın Tramp administrasiyasının nüvə razığılından çıxmamasına təsir göstərəcəyinə ümid edir

    İran Avropanın Tramp administrasiyasının nüvə ...

    1-10-2017, 18:40

  • 
  • ABŞ İrana qarşı sanksiyaları genişləndirib

    ABŞ İrana qarşı sanksiyaları genişləndirib ...

    24-03-2018, 10:07

  • 
  • ABŞ İrana yeni sanksiyalar hazırladı

    ABŞ İrana yeni sanksiyalar hazırladı ...

    29-07-2017, 10:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu