Noyabrın 8-də səhər saatlarında Bakının Nizami rayonunda avtobus yolda təmizlik işləri aparan yaşlı qadını vurub. Nəticədə ağır xəsarət alan qadın ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsdəov bildirib ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, “Neftçilər” metrosunun yaxınlığında baş verib. Dünyansını dəyişən qadın 1948-ci il təvəllüdlü Bəsti Eyvazovadır.
Onun sözlərinə görə, hadisəni törədən avtobusun sürücüsü Murğun Şirinovdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?