Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.[b][/b]
Səhiyyə Nazirliyindən oxu.az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:
"Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar".
Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:
"Çünki xəstəxana qazlaşdırılmış bina deyil".
Hazırda faktla bağlı araşdırma aparılır.
GundemXeber.Az bildirir ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?