GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İlin-günün bu vaxtı Bayram Səfərovdan niyə imtina edildi? - GƏLİŞMƏ

İlin-günün bu vaxtı Bayram Səfərovdan niyə imtina edildi? - GƏLİŞMƏ

Tarix: 21-12-2018, 12:20 Bölmə :Cəmiyyət Baxış: 401
İlin-günün bu vaxtı Bayram Səfərovdan niyə imtina edildi? - GƏLİŞMƏ


Dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiqlənib. İcmanın II qurultayında təzə idarə heyəti seçilib və yekun qərara əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində doğulub. Ali təhsillidir. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Arayış üçün onu da bildirək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə konfliktin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2009-cu ildə Bakıda icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

*****

Qeyd edək ki, budəfəki tədbir kifayət qədər gözlənilməz olub. Hər halda, qurultay və ona hazırlıqla bağlı yerli KİV-də heç bir informasiya getməmişdi. İcmanın artıq köhnə sədri Bayram Səfərov da qəzetimizə bir neçə gün öncə verdiyi geniş müsahibədə bu haqda heç nə bildirməmişdi. Ən çox diqqət çəkən məqam isə 9 ildir sədr işləyən Bayram Səfərovun yerinə, ümumiyyətlə, bu vəzifəyə ilk dəfə peşəkar diplomatın gətirilməsidir. Şübhə yox ki, yenilik bilavasitə Azərbaycan rəhbərliyinin iradəsi ilə həyata keçib.

Görünür, rəsmi Bakı Qarabağ məsələsi ətrafında xüsusən də Ermənistandakı son proseslərdən sonra yaranmış həssas bir durumda əhəmiyyəti artan bu posta yalnızca vətənpərvər bir insanın başçı olmasını yetərli saymır. Eyni zamanda, həmin şəxsin beynəlxalq siyasət və diplomatiya sahəsində bilikli və savadlı olmasını, Dağlıq Qarabağ ətrafında proseslərdən yaxşı baş açmasını və çevik olmasını, bütövlükdə beynəlxalq müstəvidə icmanın fəal olmasını və Qarabağ gerçəyini dünyaya daha effektli çatdırılmasını istəyir. Razılaşaq ki, Bayram Səfərov özünün bütün müsbət keyfiyyətlərinə, vətənpərvərliyinə rəğmən, diplomat və siyasətçi deyildi.

Bu mənada baş verən bu qəfil dəyişiklik 2019-cu ildə Dağlıq Qarabağla bağlı mühüm bir gözləntiyə hazırlıq (işarə) və ya onun anonsu da sayıla bilər. Məsələ ondadır ki, başa çatmaqda olan 2018-ci il Qarabağ probleminin həlli baxımından dönüş ili olmasa da, bəzi maraqlı, hətta ümidverici gəlişmə və məqamlarla yadda qalıb.

Məsələn, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni rəhbəri Nikol Paşinyan arasında Düşənbədə Qarabağla bağlı ilk şifahi anlaşma olub. Bunun nəticəsi olaraq, təmas xəttində gərginlik azalıb, rəsmi Bakı Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvəyə unikal bir imkan verib ki, parlament seçkilərini keçirsin, hökuməti formalaşdırsın. Bir şərtlə ki, seçkidən sonra rəsmi İrəvan Qarabağ məsələsində əvvəlki xunta rejimindən fərqli olaraq, konstruktiv mövqe tutsun.

Azərbaycanın bu jestinə düşmən tərəfin necə cavab verəcəyini yeni ilin ilk aylarında görəcəyik. Bir sıra ekspertlərə görə, artıq legitimlik qazanmış Paşinyan hökuməti Qarabağla bağlı Bakı ilə hansısa razılaşmaya gedə də bilər. Bunu ən əvvəl işğalçı ölkənin düşdüyü ağır blokada rejimi və getdikcə Rusiyadan artan asılılıq diktə edir. Başqa yandan, Ermənistanın “demokratik rəhbəri” anlayır ki, əgər Qarabağ məsələsində Bakı ilə o da anlaşa bilməsə, o zaman vəd elədiyi islahatlar boşa çıxacaq və böyük müharibə qaçılmaz olacaq.

O sırada Ermənistanın yeni rəhbərliyinin Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi əsassız tələbindən birdəfəlik imtina edəcəyi gözlənilir. Yaxud separatçı rejim danışıqlara qoşulacaqsa da, qeyd etdiyimiz kimi, bu, yalnız Minsk Qrupunun mandatı çərçivəsində mümkün olacaq. Həmin mandata görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması maraqlı tərəflərdir. Yəni nizamlama prosesində onların hər ikisi eyni statusa malikdir və sonda onların da mövqeyi ciddiyə alınacaq.

Bütün hallarda istisna deyil ki, Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə diplomatiyanı və xaric dilli yaxşı bilən kadrın gətirilməsi bu istiqamətdə həm də ön hazırlıqlardan biridir. Həmçinin bu, Qarabağa dair hansısa böyük anlaşmanın uzaqda olmadığının mesajı da hesab oluna bilər.

*****

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla Bakıda görüşü zamanı 2019-cu ilin Qarabağ məsələsinin nizamlanması baxımından ümidverici il ola biləcəyini söyləyib. “Dağlıq Qarabağ münaqişəsinin həll yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq”. Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər nazir əvəzi Zoqrab Mnatsakanyanla Milanda axırıncı 3 saatlıq görüşünün nəticələrindən danışarkən bildirib. Maraqlıdır ki, o, erməni həmkarı ilə bu məsələdə qarşılıqlı anlaşma əldə edildiyini də söyləyib.

Bu arada isə Rusiya XİN sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağla bağlı sensasion sayılacaq açıqlama verib. O, Qarabağ nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş getdiyini söyləyib (virtualaz.org). “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ”kreativ ideyalar" üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər" - Zaxarova bildirib.

Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola biləcək kreativ ideyaların tapılması səyləri barədə bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərinin ardınca danışmışdı. Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır. “Məsələ bax belədir, gələcək barədə danışsaq həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək” - Rusiya XİN rəsmisi bildirib.

Əlavə edək ki, indiyə qədər danışıqlar masası üzərində “Madrid prinsipləri” adlanan sənəd yer alırdı. Və həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də, prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər faktiki olaraq bu prinsiplər üzrə danışıqları dayandırdılar.

Bir çox ekspertlərə görə, gələn il, xüsusən də birinci 6 ayda Dağlıq Qarabağ məsələsi ətrafında mühüm gəlişmə istisna edilmir...//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE

    Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE ...

    20-12-2018, 14:44

  • 
  • Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini istefaya göndərdilər

    Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini ...

    20-12-2018, 13:10

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • Azərbaycanın xanım nazirləri

    Azərbaycanın xanım nazirləri ...

    30-01-2014, 12:26

  • 
  • Misir Mərdanov YAP-ın İdarə Heyətindən çıxarıldı

    Misir Mərdanov YAP-ın İdarə Heyətindən çıxarıldı ...

    7-06-2013, 16:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu