GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Britaniya universitetini bitirib, diplomu təsdiq olunmur... - Təhsil nazirliyindən absurd...

Britaniya universitetini bitirib, diplomu təsdiq olunmur... - Təhsil nazirliyindən absurd...

Tarix: 25-12-2018, 12:30 Bölmə :Cəmiyyət Baxış: 350
Britaniya universitetini bitirib, diplomu təsdiq olunmur... - Təhsil nazirliyindən absurd...


Xaricdə ali təhsil alan məzunların diplomlarının Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınması prosesində çox ciddi problemlər və qeyri-şəffaflıq var.

Gundemxeber.Az bildirir ki, “AzPolitika”ya daxil olan müraciətlərdən belə görünür ki, əvvəllər əsasən Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrin ali təhsil müəssisələrində təhsil alan məzunların diplomlarının tanınmasından imtina olunurdusa, hazırda Avropanın, ABŞ-ın, Türkiyənin dünyaca nüfuzlu universitetlərini bitirənlər belə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində süründürməçiliklə üzləşirlər. Bu süründürməçilik isə xüsusən də hərbi xidmətə gedən gənclər üçün ciddi problemlər yaradır.

Qeyd edək ki, təkcə bu il diplomun tanınması məqsədilə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə 3570 yeni müraciət daxil olub. Bu barədə bir neçə gün əvvəl Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli məlumat verib.

O bildirib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Bunun da bütün səbəbləri aydın şəkildə göstərilib. Şəxslərin böyük əksəriyyəti problemsiz sənədlərin tanınmasına nail olub. Azərbaycan vətəndaşları ən çox Türkiyə universitetlərində təhsil alırlar. Bu il həmin ölkənin məzunları içərisində diplomu tanınmayan olmayıb. Mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”.

H.Həsənli etiraf edib ki, diplomların tanınmasında gecikmə halları var və bunun səbəbləri müxtəlifdir: “Səbəblərdən biri müvafiq təşkilatlarla işləməklə bağlıdır. Daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Çünki müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib gəldikdən sonra hərbi xidmətə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”.

Göründüyü kimi, H.Həsənli diplomların tanınmasının gecikdirilməsi hallarını etiraf etsə də, bunun səbəbi ilə bağlı heç bir tutarlı arqument göstərmir. “Müvafiq təşkilatlarla işləmək”, “müsahibələrin təşkili üçün vaxt təyin etmək asan olmur” kimi arqumentlər konkretlikdən uzaqdır və bəhanə xarakteri daşıyır. Məsələn, sual oluna bilər ki, müsahibələrin təşkili üçün vaxt təyin etmək niyə çətindir? Vətəndaş diplomunu tanınmaya təqdim edibsə, tutaq ki, bir ay ərzində müsahibə günü təyin edib, vətəndaşa xəbər etməkdə nə çətinlik ola bilər?

Akkreditasiya və Nostrifikasiya İdarəsinin gün təyin etməkdə çətinlik çəkməsi isə, yuxarıda da qeyd etdiyimiz kimi, xüsusən də hərbi xidmətə yollanan gənclər üçün problemlər yaradır. Konkret faktlardan belə görünür ki, belə çətinliklər onlar üçün məqsədli şəkildə yaradılır və müəyyən maraqların təmin olunmasına xidmət edir.Məsələ ondadır ki, ali təhsilli gənclər üçün hərbi xidmət 1 il olduğu halda, ali təhsili olmayanlar üçün 1 il yarımdır. Xaricdə təhsil alıb vətənə döndükdən 1-2 ay sonra hərbi xidmətə yollanan gənclərin diplomları bu müddət ərzində Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadıqda onlar 1 il 6 ay hərbi xidmət keçməli olurlar. Belə olduqda isə kimlərinsə öz şəxsi maraqlarını təmin etməsi üçün əlverişli şərait yaranmış olur. Valideynlər öz övladlarının 6 ay artıq xidmət etməməsi üçün müəyyən diqtələrə boyun əyməli olurlar…

Belə məqsədli süründürməçiliklə üzləşmiş valideynlərdən biri “AzPolitika.info”ya üz tutub. Adının çəkilməsini istəməyən valideyin bildirir ki, oğlu Britaniyanın nüfuzlu universitetlərindən birini uğurla başa vuraraq vətənə dönüb, hərbi xidmətə getməyə hazırlaşır. Lakin aylardır onun diplomunun tanınmasına nail ola bilmir. “Təhsil Nazirliyinə sənədləri onlayn təqdim etmişik. Kefləri gələndən-gələnə cavab yazırlar ki, məsələn, bu sənəd çatışmır. Dərhal onu da təqdim edirik. Üstündən bir ay keçir, bu dəfə cavab gəlir ki, filan sənədi bir daha təqdim edin. Beləliklə, aylardır süründürürlər”.

Vətəndaş deyir ki, məqsədin nə olduğu ona bəllidir, eşitdirilib, amma o yoldan getmək fikri yoxdur…

Ümumiyyətlə, xaricdə təhsil alanların diplomlarının tanınması meyarları bəlli deyil. Məsələn, faktlar var ki, eyni fakültədə və hətta bir qrupda təhsil almış məzunlardan birinin diplomu tanınıb, digərininki isə yox. Yəni belə çıxır ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi məzunun biliklərini yenidən qiymətləndirir, bir növ onu “dövlət imtahanı”na cəlb edir. Yəni universitetin səlahiyyətini mənimsəyir. Bu isə absurddur. Məntiqlə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı fərdlərin yox, bütövlükdə təhsil müəssisələrinin diplomlarının tanınıb-tanınmaması haqda qərar verməlidir. Məsələn, elan etməlidir ki, Ukraynanın filan universitetinin diplomunu tanıyır və yaxud da əksinə, tanımır. Həmin universitetdə təhsil almaq istəyən Azərbaycan vətəndaşı da əvvəldən bilməlidir ki, onun diplomu tanınacaq, ya tanınmayacaq.

İndiki tanınma mexanizmi isə absurd olmaqla yanaşı təhsil məmurlarının müəyyən maraqlarının təmin olunmasına da münbit şərait yaradır. Məsələn, təşkil olunan müsahibələrdə əsasən məzunların dil biliklərinə fikir verilir. Tutaq ki, Rusiya universitetini bitirən məzun rus dilini yaxşı bilirsə, diplomu tanınır, bilmirsə imtina qərarı verilir. Nəticədə, hər iki vətəndaşın – həm rus dilini bilənin, həm də bilməyənin diplomunun arxasında bilik durmasa da, birinin diplomu tanınır, birininki tanınmır. Halbuki, hər ikisi rüşvətlə qəbul olunub, qiyabi təhsil alıb və imtahanlardan da rüşvətlə keçiblər. Sadəcə, biri rusdilli ailədə və ya çevrədə böyüdüyünə görə rus dilini bilir, digəri isə bilmir.

Və yaxud başqa bir misal. Bir gənc pul hesabına Rusiyanın səviyyəsiz bir ali təhsil müəssisəsinin diplomunu alır, digər bir gənc Türkiyənin. Akkreditasiya və Nostrifikasiya İdarəsi rus dilini bilmədiyinə görə Rusiyadan alınan diplomu tanımır, Türkiyədən alınan diplomu isə tanıyır. Çünki Türkiyədən diplom gətirən türk dilini bilir – biliyi, savadı olmasa da olar!

Bütün bu sadaladıqlarımız ondan xəbər verir ki, xaricdə təhsil alan gənclərin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması mexanizmi dəyişməli, burda qeyri-müəyyənlik və sui-istifadə halları aradan qaldırılmalı, şəffaflıq və konkretlik olmalıdır. Ən əsası, Təhsil Nazirliyi ayrı-ayrı fərdlərin deyil, təhsil müəssisələrinin diplomlarının tanınıb-tanınmaması məsələsini həll etməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

    Təhsil Nazirliyi diplomların tanınması sahəsində ...

    5-09-2018, 16:21

  • 
  • Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da vəzifəyə keçdi

    Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da ...

    5-07-2013, 15:28

  • 
  • Ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb

    Ali məktəblərin yeni akkreditasiya qaydaları ...

    2-12-2016, 14:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu