İlin yekunları ilə bağlı sosialşəbəkələrdə reytinq sorğularını davam etdirən "Söz" Analitik Araşdırma Bürosunun (SAAB) keçən günlərdə rayon icra hakimiyyəti başçılarının neqativ reytinq şkalasını təqdim etmişdik. Bu dəfə isə qurumdan "2018-Cİ İLİN ƏN YAXŞI DÖVLƏT XİDMƏTİ"ni müəyyən edən sorğunun nəticələri göndərilib.
SAAB-dən verilən məlumatda qeyd olunur ki, "Facebook"da müxtəlif bölgələrə aid özəl səhifələrin üzvləri arasında keçirilən rəy sorğusundə Azərbaycan Respublikası Dövlət Yol Polisinin əməkdaşlarına rəğbət aşkar şəkildə hiss olunub. Belə ki, sorğu iştirakçılarının böyük əksəriyyəti 61 faizi "2018-Cİ İLİN ƏN YAXŞI DÖVLƏT XİDMƏTİ" adəna məhz DYP-nin layiq olduğunu bildiriblər.
Qeyd edək ki, daxil olan məlumatda ən yaxşıların ilk beşliyi aşağıdakı kimi müəyyən olunub:
1. Dövlət Yol Polisi; 2. "ASAN Xidmət"; 3. "Azərsu"; 4. "Azərişıq"; 5. Səhiyyə Nazirliyi
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?