GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 2012-ci ilin ən pisləri bəlli oldu

2012-ci ilin ən pisləri bəlli oldu

Tarix: 30-12-2012, 11:21 Bölmə :Ölkə Baxış: 842
2012-ci ilin ən pisləri bəlli oldu

«Ən pis məmur» Əli Həsənov, «ən pis deputat» Arif Əşrəfov, «ən pis siyasətçi” Fazil Mustafa və digər «pislər»…

gundemxeber.az Hər kəsin «ilin ən yaxşıları»nı müəyyən etdiyi bir vaxtda, 2012-ci ilin yekunları ilə bağlı növbəti sorğusunun nəticələrini açıqlayan «Söz» Analitik Araşdırma Bürosu «ilin ən pisləri» ilə bağlı araşdırma nəticələrini təqdim edib. Bürodan ötürülən xəbərlərdən aydın olur ki, əsasən ölkənin 4 ən iri şəhərinin sakinləri arasında keçirilən sorğunun nəticələrində həm ilin «ən pis deputatını» və həm də digər kateqoriyalar üzrə ən pisləri müəyyən ediblər.
Onu da bildirək ki, bu sorğu nəticələri 4 iri şəhərdə 2000 respondent arasında keçirilib. Beləliklə, nəticələrlə tanış ola bilərsiniz. Respondentlərin böyük əksəriyyətinin qənaətinə görə, «ilin ən pis nazirliyi» təhsil nazirliyidir. Belə ki, rəyi öyrənilənlərin tam olaraq 68 faizi cənab Misir Mərdanovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən narazı qalıb. Bildirək ki, respondentlər rəy bildirərkən həm fəaliyyətsizliyi və həm də fəaliyyətdəki bərbadlığı arqument kimi irəli sürüblər. Digər nəticələr isə aşağıdakı kimidir:
2. Sənaye və Energetika Nazirliyi - 20,3 %;
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 10,6 %;
4. Fərqli cavablar - 1,2 %.
Sorğuya qatılanların rəyinə görə isə «ilin ən pis deputatı» adına İqbal Məmmədov layiq görülüb. Ola bilsin ki, burada İqbal Məmmədovla bağlı mətbuatda daha çox tənqidi yazıların yer alması mühüm əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının 47,3 faizinin qənaəti bu nəticəni ərsəyə gətirib. Digər nəticələr isə belədir:
2. Arif Əşrəfov - 55 saylı Xaçmaz seçki dairəsi - 26,8 %;
3. Ərəstun Cavadov - 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi - 14,6 %;
4. Tahir Rzayev - 82 saylı Ağcabədi seçki dairəsi - 10,1 %;
5. Fərqli nəticələr - 1,2 %.
Sorğu iştirakçıları «ilin ən pis ali məktəbi» adına isə Bakı Biznes Universitetini layiq görüblər. Bildirək ki, bu seçimi edərkən həm təhsilin səviyyəsinin arzuolunan həddə olmaması və həm də ki, ali məktəblə bağlı mətbuatda mənfiyə doğru yazıların üstünlük təşkil etməsi faktları respondent rəylərinə mühüm təsir göstərib. 4 iri şəhərin - Bakı, Gəncə, Sumqayıt və Mingəçevirin sorğuya qatılan sakinlərinin 56,2 faizinin qənaətinə görə, məhz Bakı Biznes Universiteti «ilin ən pis ali məktəbi» hesab olunur. Digər nəticələr isə aşağıdakı kimidir:
2. «Təfəkkür» Universiteti - 21,3 %;
3. Sumqayıt Dövlət Universiteti - 16,7 %;
4. «Odlar Yurdu» Universiteti - 5,1%;
5. Fərqli nəticələr - 0,7 %.
«İlin ən pis məmuru» məsələsində isə sorğu iştirakçılarında o qədər də yekdillik müşahidə olunmayıb. Belə ki, respondentlərin bu məsələdə fikirləri haçalandığından səs faizləri arasında da böyük uçurum olmayıb. Amma ilk yerdə təhsil naziri Misir Mərdanovun adı gəlir ki, bu da əvvəlki sorğu nəticələrindən də hasil olan bir qənaət kimi diqqətə gəlməkdədir. Belə ki, rəyi öyrənilənlərin 26,8 faizinə görə, məhz təhsil nazirimiz «ilin ən pis məmuru» hesab olunur. Digər nəticələr isə belədir:
2. Əli Həsənov - Prezident Administrasiyasının şöbə müdiri - 23,5 %;
3. Nazim İbrahimov - Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri - 20,2 %;
4. Kərəm Həsənov - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri - 19,6 %;
5. Fərqli nəticələr - 9,9 %.
Sorğuya qatılanların ümumi rəyinin nəticələrinə görə «ilin ən pis partiyası» adını isə maraqlıdır ki, Milli İstiqlal Partiyası alıb. Ola bilsin ki, cəmiyyətin bu partiyadan daha çox nəticə gözləməsi, amma bunu ala bilməməsi Etibar Məmmədovun liderlik etdiyi təşkilatı bu nominasiyada birinci yerə çıxarıb. Respondentlərin 61 faizinin qənaətinə görə, AMİP «ilin ən pis partiyası»dır. Digər nəticələrdə isə fərqli qənaətlər var:
2. Demokrat Partiyası - 25,2 %;
3. Ana Vətən Partiyası - 11,4 %;
4. Yeni Azərbaycan Partiyası - 1,3 %;
5. Fərqli nəticələr - 1,1 %.
«İlin ən pis siyasətçisi» adının müəyyənləşməsində də sorğu iştirakçılarının əməlli-başlı «əziyyət çəkdiyi» müəyyən olunub. Belə ki, kifayət qədər fikir ayrılığının hiss olunduğu nəticələrlə bu adı alan Qurtuluş Partiyasının sədri Fazil Mustafa ilə ikinci yerdə adı gələn Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin topladığı səs faizləri arasında cəmi-cümlətanı 0,6 faizlik fərq var. Beləliklə nəticələrlə tanış olun:
1. Fazil Mustafa - Milli Qurtuluş Partiyasının sədri - 34, 3 %;
2. Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri 33,7 %;
3. Eldar Namazov - Azərbaycan Ziyalılar Forumu - 29,2 %
4. Fərqli nəticələr - 2,8 %.
Redaksiyadan: Bildirək ki, SAAB adından keçirilən sorğunun sosial bölümü ilə bağlı redaksiyamıza göndərilən nəticələri növbəti tarixlərdə diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

«Xəbər xidməti»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin istefa tələbi xalqdan gəldi

    Ramiz Mehdiyevin istefa tələbi xalqdan gəldi ...

    25-12-2012, 12:36

  • 
  • Elşad Abdullayev ilin adamı seçildi

    Elşad Abdullayev ilin adamı seçildi ...

    21-12-2012, 14:01

  • 
  • Misir Mərdanovun böyük qüsuru

    Misir Mərdanovun böyük qüsuru ...

    21-12-2012, 12:23

  • 
  • Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmir

    Rusiya əhalisinin 52 faizi mövcud hökuməti ...

    18-12-2012, 13:33

  • 
  • Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri alt-üst etdi”

    Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri ...

    10-10-2013, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu