Yanvarın 3-də Bakıda Neftçilər metrosu yaxınlığında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçirilən piket zamanı polis tərəfindən saxlanılan fəallar Fatimə Mövlamlı, Əfqan Sadiqov (jurnalist, azel.tv saytı), Məlahət Yaqubova (AXCP), Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) Nizami Rayon Məhkəməsinə gətirilib. Hazırda Fatimə Mövlamlının məhkəməsi davam edir. Bu barədə məhkəmnin qarşısında olan AXCP üzvü Zəfər Əhmədov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, aksiya zamnaı saxlanılna Dilarə Miriyeva (AXCP), Gülnarə Akifqızı (AXCP), Sevinc Vaqifqızı (müstəqil jurnalist) Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindədir.
Aksiya zamanı saxlanılan Fərid Abdinovun (jurnalist, Azad söz saytı) isə polisdə və ya məhkəmədə olduğu bilinmir.
Rəsmi qurumlar bu gün keçirilən etiraz aksiyasına hələ münasibət bildirməyib.
Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər. AXCP sədri Əli Kərimli
Bununla yanaşı, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası etiraz aksiyasını dəstəkləyir.
“Bu gün keçirilən “Mehmana dəstək” aksiyasının iştirakçılarına təşəkkür edirəm. Əksəriyyəti qadınlar olan aksiya iştirakçıları özlərini Mehman Hüseynova ana, bacı təsəvvür edərək, qəlblərinin səsi ilə bu qərarı veriblər. Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər. Mehman Hüseynova, bütün siyasi məhbuslara, eləcə də bugünkü aksiyaya görə saxlanılanlara azadlıq tələb edirəm. Rejim anlamalıdır ki, bu amansız repressiyalar bir gün bumeranq effekti ilə onun özünə zərbə olacaq,” AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Hüquq müdaifə təşkilatları ölkədə 150 siyasi məhbusun olduğunu bildirir.
Bununla yanaşı, rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini desə də beynəlxalq təşklatlar Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?