GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dönərini yeyənlərin Mehmana “xəyanəti”...

Dönərini yeyənlərin Mehmana “xəyanəti”...

Tarix: 8-01-2019, 10:20 Bölmə :Cəmiyyət Baxış: 322
Dönərini yeyənlərin Mehmana “xəyanəti”...


...və ya ağlayan oğlanla siyasət...

Bundan min il sonra da desələr ki, Mehman jurnalistdir, onun həbsi söz və mətbuat azadlığına zərbədir, cavabım bu olacaq: Mehman jurnalist deyil! O gənc, azərbaycanlı blogerdir! Çılğın, emosional, bəlkə hələ də idealları olan azərbaycanlı bloger! Mətbuatın bu gününün isə çox ciddi şəkildən gözdən keçirilməsinə, müzakirə olunmasına ehtiyac var. Bu mənim vətəndaş və jurnalist mövqeyimdir...Əslində isə...

...Əslində bloger Mehman mövzusunda yetərincə layiq olmadığım təhqirləri eşitdim, amma bunu həm də anlayışla qarşıladım. Susqunluğum qorxaqlıqdan deyildi. Düzü, düşündüm ki, mövqeyimə görə statuslarda, şəkillərimi paylaşaraq, biədəb söyüş söyən, aqressiv və tərbiyəsizlərdən ibarət bir qrup adamla nəyi müzakirə edim axı?!..

...İndi məsələ başqa şəkil alır. Mehman haqq-hesabı gözümüzün önündə “şişib”. Gəlib o yerə çıxıb ki, qardaşı və bəlkə bu gənci tanımayan onlarla “narazı” adam böyük bir kampaniyaya başlayıb. Əslində bəla burasındadır ki, belə kampaniyaları başlayan, genişlənməsinə çalışanların dövlət və dövlətçiliklə bağlı böyük istəkləri, arzuları, idealları filan olmur. Sadəcə hakimiyyət, pul, vəzifə, heyif çıxmaq hərisliyi, iddiaları olur. Bəlkə bu da normaldır. İnsanın iddiası olmalıdır. Amma məsələ burasındadır bizim iddialıların çoxu ona görə mübarizə aparır ki, “o pis dolanır”. Yox, tələsməyin, demirəm ki, hamı əla dolanır, hər şey idealdır. Xeyr, demək istədiyim odur ki, söyənlərin bir xeylisi, bəlkə də hamısı daha yaxşıya layiq olduğunu düşünənlər və heç də pis yaşamayanlardır.

Gerçəkdən pis dolanan yazıq insanların, vətəndaşların isə danışmağa heyi, problemlərinin həllinə ümidləri qalmayıb. Kimsə belə şey yoxdur, çiçəklənirik deməsin. Deyirsə, gəlsin ona yazıq günə qalan, onlarla Azərbaycan vətəndaşı göstərim...

...Nə isə mövzudan yayınmayaq. Ölkədə iki cəbhə yaranıb. Söyənlər və susanlardan ibarət. Söyənlərin hədəfi bəllidir. Dövlətin ali rütbəli insanlarını, Ali Baş Komandanı, ailəsini təhqir edirlər.

Susanlarınsa mövqeyi, balanslı davranışı müəmmalıdır. Maraqlıdır, xırda istisnaları çıxsaq, bir məmur, düz əməlli bir millət vəkili yoxdur ki, normal fikir söyləsin, arqumentləşdirilmiş, ciddi düşünülmüş, ağılla işlənmiş, şüurlu, məntiqli çıxış eləsin. Söyənlərə söymədən də danışmağın, tənqidin mümkünlüyünü isbatlasın. Kimsə buna tənəzzül belə etmir.

Əslində Mehman həbs olunanda bəlli idi ki, bu gəncin həbsi mənasız hərəkətdir. Mənasız qalmaqallara, xarici pressinqlərə yol açır. Bəlkə heç Mehman özü də ətrafında bu qədər ajiotajın, səs-küyün yaranmasının səbəbini tam anlamayıb...

...Və düzünə qalsa, nədən təsirləndim?! Niyə bu yazı yazıldı?!.. Mehmanın xeyli öncə rast gəldiyim, kövrəldiyi video yazısı təkrar paylaşılıb sosial şəbəkələrdə. Ardınca da həm onun, həm də digərlərinin həbsi barədə siyasi çağırışlar edilir, ölkə vətəndaşları etiraz aksiyalarına dəvət olunur, aclıq edənlərini sayına dair yalan-gerçək məlumatlar verilir. Amma bu qədər mürəkkəb durumda mənim ağlımda sözügedən video yazıda dodağı titrəyən Mehman və dediyi sözlər qalıb:
- Mənə gətirilən dönəri də bölürdüm, zarafatlaşırdıq, indi üzümə durublar... - sonra da ağlayır...

...Bu adam jurnalist deyil. Bu adam siyasətçi də deyil, siyasət adamı da deyil. Siyasətçi kimi yetişəcəyini ehtimal etmək belə absurddur. Bu adam hansı oyunu oynadığından bixəbər olub. Sadəcə bir gəncdir, insandır, Azərbaycan vətəndaşıdır. Əsla və əsla siyasi oyun predmeti deyil. Dönərini bölüşdüyü adamların, zarafatlaşdığı aşağı rütbəli də olsa qulluq sahiblərinin “xəyanətinə” uğrayıb, ağlayan adam, bu ölkədə siyasi oyun predmeti olmamalıdır. Bu onu yox ölkənin siyasi dairələrini gülməli duruma salan hadisədir. Hə, deyən olsa ki, ağlamaq da siyasi priyomdur, hərdən nəhəng siyasət adamları da bunu edir. Elə məhz o kəslər unutmasın ki, Mehman min il bundan sonra siz deyən siyasət adamı ola bilməz. Onun buna mənəvi gücü yoxdur. Çünki emosionaldır... Çünki nəyinisə bölüşməyə cəhd edəndir... Çünki başına “corab hörülsə” də hələlik ağlamağı bacarır... Çünki az-çox düzgün yönəlmiş olmasa belə inamı var. Siyasət elə bir nəsnədir ki, sadalanan bu duyğuları qurudur. Hətta ailə üzvləri ilə də davranışlar hesablı, ölçülü-biçili olur. Yəni siyasət adama verdi qədər də adamdan nələrisə alan şeydir...Düzü o gəncin bu duyğularını itirməsini istəmirəm. Nahar kimi ona gətirilən dönərini polislə bölüşəcək qədər sadə(löhv), bu “xəyanətdən” təsirlənəcək qədər kövrək, etdiyini düşmənçilik yox, ədalətli hərəkət bilməsi qədər qürurlu qalsın... Olmaz! Və bu “olmaz”ı deyənlər sayəsində prosesə cəlb olunan xırda qulluq sahiblərinin heç nədən xəbəri olmayan ailələri müzakirə edilir. Adamın lap ürəyi bulanır. “Sənin alt geyimin Mehmana ərinin etdiyi xəyanətdən qazandığı pulla alınıb, ay qız”. Bu cümləni bloger Mehmanla insident yaşayan şəxsin xanımının şəkili altına şərh kimi yazıb sürətlə tirajlayırlar. Mental dəyərlər dediyiniz qaydaların hansındasa buna yer varmı? Kişilərin oyununda niyə kiminsə evinin xanımı, övladının anası, gənc bir qadın bu qədər eybəcər gündəm olsun ki?! Bu cür danışıqlar, təhqirlər yeni cinayətlərə yol açmayacaqmı? Nəhayət, bu hallar, həmçinin dövlətin ali rütbəli insanlarının söyülməsi kimə və ya kimlərə sərf edir? Bu doğurdanmı xaricdən idarə olunan prosesdir? Bəlkə Azərbaycandan da idarə olunduğu məqamlar var!.. Nə isə...Yəqin daha yaxşı bilənlər var ki, cavabı bəlli olan şeyləri hərdən suala da çeviririk peşə marağından...

Bir sual da var: Bu qədər iyrənc oynamağa dəyərmi? Məndən soruşulsaydı, deyərdim, dəyməz! Kimlərinsə evini, ya da keyfiyyətsiz döşənən asfaltı nümayiş etdirən bir gənclə başqa cür də davranmaq olardı. Onu siyasi tələblər, aksiyalar, tədbirlərə səbəb etməyə lüzum yox idi. Biz nədən, nəyə sürükləndiyimizin fərqində olmalıyıq. Məkr və hikkədən qaçmalıyıq yəni. Bu arada AŞPA həmməruzəçiləri Azərbaycan hökumətinə müraciət edib ki, Mehmanın işi yenidən araşdırılsın.

Azərbaycanın Ədliyyə Nazirliyinin Pentensiar Xidmətisə rəsmi açıqlama yayıb ki, Mehman aclığı dayandırıb. Adam oxuyur və kimsəyə inanmır. Nə xaricilərə, nə xaricdə oturub danışanlara, nə də bizim rəsmilərin açıqlamalarına. Bu da bir bəladır, öz ölkəndə, öz dövlətində, sənin verdiyin səslə formalaşan hökumətə, dövlətə inamı, etibarı, sevgini, göz qabağında mərhələ-mərhələ öldürülür adamların. Sizsə susun, hamınız susun, özü də “müdrikcəsinə” susun. Nə də olsa sizi söymürlər, yıxılanda sizin dövlətiniz deyil, bizim Azərbaycandır!..

Jalə Mütəllimova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev Mətbuat Azadlığı mükafatçıları siyahısındadır

    Mehman Əliyev Mətbuat Azadlığı mükafatçıları ...

    27-10-2017, 13:07

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır

    Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır ...

    30-10-2017, 18:53

  • 
  • Senator Rubio Press: “Azərbaycan hökuməti Mehman Hüseynovu dərhal azad etməlidir”

    Senator Rubio Press: “Azərbaycan hökuməti Mehman ...

    5-01-2019, 13:58

  • 
  • Mehman Hüseynovun anası dəfn edildi - VİDEO

    Mehman Hüseynovun anası dəfn edildi - VİDEO ...

    7-08-2018, 14:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu