Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələlik bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?