Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ terrorçularının girov götürdüyü Elnur Elman oğlu Hüseynzadənin azad edilməsinə münasibət bildirib.
XİN sözçüsü Leyla Abdullayeva Axar.az-a açıqlamasında bildirib ki, Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyevi də azad etməsini istərdik.
Qeyd edək ki, 2017-ci ilin 2 fevralında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunu girov götürüb.
“Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin “mətbuat katibi” David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?