Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Yaralılardan 3 nəfər, Tərtər rayon sakinləri - Əliyev Musa Cəlal oğlu (1967), Əliyeva Aygün İsmayıl qızı (1977) və Babayeva Ülviyə Adil qızı (1984) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Daha 2 nəfər - Bayramov İdris Oruc oğlu və Babayev Ramin Qənbər oğlu isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin 2 nəfərin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
9:35
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.
İlkin məlumata görə, yol qəzası zamanı 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?