Goranboy rayonunda "Doktor" ləqəbli narkotacir saxlanılıb.
Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin "doktor" olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?