ABŞ-ın federal hakimi Amerikada doğulan və 2014-cü ildə İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçan qadının məhkəmə işini sürətləndirməkdən imtina edib.
24 yaşlı qızı və onun körpə oğlu adından ABŞ hökümətini məhkəməyə verən Hoda Muthananın atasının vəkilləri Vaşinqtonda yerləşən ABŞ Məhkəməsində iddia ediblər ki, İŞİD-in məğlub edilməsindən sonra qadının kürd qüvvələri tərəfindən saxlanıldığı sığınacaq düşərgəsi onun həyatı üçün təhlükəsiz deyil.
Federal hökumət vəkilləri isə bildirib ki, Muthana verdiyi müsahibələr zamanı zərər görə biləcəyinə dair heç bir işarə göstərməyib.
ABŞ federal hakimi Regi Valton hökümətlə məhkəmə işinin normal qaydada davam etdirilməsi məsələsində razılaşıb. Növbəti məhkəmənin vaxtı dəqiqləşməyib.
Muthana Amerika vətəndaşlığını qəbul edən yəmənli ailənin övladıdır. O, İraq və Suriyada İŞİD cihadçılarına qoşulan 64 amerikalıdan biridir.
2014-ci ilin sonlarında Suriyaya getdikdən sonra Hoda Twitter-də biri Amerika pasportu olmaqla, pasportlarını yandıran üç qadınla bərabər şəklini yaymışdı.
Onun sosial mediada amerikalıların qətlə yetirilməsinə dair çağırışları və o zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən ekstremist qrupun tərənnümləri ilə bağlı şərhləri yer alıb.
Sorğu
Yeni dizaynımız necədir?