GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyardda Fazil Məmmədov izi - sabiq nazir necə şərait yaradıb?

Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyardda Fazil Məmmədov izi - sabiq nazir necə şərait yaradıb?

Tarix: 15-03-2019, 16:13 Bölmə :Cəmiyyət Baxış: 665
Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyardda Fazil Məmmədov izi - sabiq nazir necə şərait yaradıb?


Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb.

Amma həmin şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.

Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.

Məhkəmədə “Azəriqazbank”ın Monitorinq Mərkəzinin əməkdaşı Vüqar Quliyev məhkəmədə şahid kimi dindirilib.

O deyib ki, banklarda ümumi qayda var, 20 min manatdan yuxarı istənilən əməliyyat barədə mütləq həm bankın özünün baş ofisi, həm də Mərkəzi Bank məlumatlandırılır. Bu, ümumi sistem-şəbəkə vasitəsilə həyata keçirilir.

Hakim ondan soruşub ki, bəs necə olub, bir gün ərzində 8-9 milyon manat pul çıxaran şirkət barədə heç bir araşdırma aparılmayıb?

Dindirmə zamanı o da məlum olub ki, adları çəkilən şirkətlərin pul köçürmələri zamanı 2005-2006-cı illərə aid müqavilələrdən, bəyannamələrdən istifadə olunub. Belə rəsmiləşdirilib ki, həmin dövrdə bağlanmış müqavilələr, alınmış malların pulu indi ödənilir. Bank əməkdaşından onu da soruşublar ki, 8-10 il əvvəl alınmış malın pulunun indi ödənilməsi necə olub ki, şübhə yaratmayıb?

Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.

Vüqar Quliyev əlavə edib ki, müştəri pul köçürmək istəyirsə, qanunla onlar müştərinin iş yerini, maliyyənin mənbəyini soruşa bilməzlər: "Həm də bu gün Suriyaya 50 avro pul köçürülməsi daha çox şübhə yarada bilər, nəinki 1 milyonluq valyutadəyişmə əməliyyatı”.

“Azəriqazbank”ın Xətai filialının ikinci mərtəbəsində şirkətlərin qeyri-rəsmi əməkdaşlarına yer ayrılsa da, bunun üçün icarə müqaviləsi olmayıb.

Bütün bu halları nəzərə alaraq, məhkəmə qərar verib ki, “Azəriqazbank”a sorğu göndərilib, 2013-2015-ci illərə dair hesabatlar, yoxlama aktları alınsın.

Məhkəmə Dövlət Sərhəd Xidmətindən də sorğu vasitəsilə məlumatlar alıb. Həmin məlumatlarla işdəki bank sənədlərinin müqayisəsində üzə çıxıb ki, təqsirləndirilən Rüfət Vəliyev ölkədə olmadığı vaxtlarda da onun adına olan şirkətlər vasitəsilə ölkədən böyük pullar çıxarılıb. Amma hələ ki, onun əvəzinə həmin bank sənədlərinə kimlərin imza atdığı məlum deyil.

Bu şirkətlərlə bağlı maliyyə əməliyyatları Beynəlxalq Bankda əsasən Nəqliyyat filialında həyata keçirilib. Ona görə də on ildən artıq həmin filialın baş mühasibi işləmiş, hazırda isə “Kapitalbank”da çalışan Afət Yusifova da məhkəmədə dindirilib.

Şahid deyib ki, şirkətlərin adına bank hesabları açılanda sənədləri təqsirləndirilən Rüfət Vəliyevin özü gətiribmiş: “Mən müştərilərlə birbaşa ünsiyyətdə olmurdum. Amma bildiyim qədər pulları da özü gətirirdi”.

A.Yusifova məhkəmədəı bir şirkətin eyni gündə 50-60 milyon pul çıxarması barədə izahat verə bilməsə də, onun istintaqdakı ifadəsi yadına salınıb.

Məlum olub ki, həmin ifadə isə belədir: “Məndə şübhələr yaranmışdı, ona görə filialın müdiri Kənan Orucova bu barədə demişdim. O bildirdi ki, “bank rəhbərliyinin bu barədə məlumatı var. Tapşırılıb ki, bu şirkətlərə heç bir maneə yaradılmasın”.

Daha bir şahid Rəhman Salmanov 2006-cı ildə “Elektromaş” şirkətini yaradıb. O deyib ki, Rusiyada işlədiyinə görə, iki ölkə arasında birgə biznes məqsədilə bu şirkəti yaradıb. Amma işlədə bilməyib, bağlamaq qərarına gəlib: “2012-ci ildə bağlamaq istəyəndə dedilər ki, kiməsə verə bilərsən. Sumqayıtda vergi idarəsinə getdim, orada sənədləşmə məsələsini həll elədilər, satdım. O vaxtdan xəbərim yoxdur heç nədən”.

Cinayət işinin materiallarında əmr var ki, R.Salmanov ümumi yığıncağın qərarı ilə təqsirləndirilən Rüfət Vəliyevi şirkətə direktor təyin edib. Şahid belə bir əmr vermədiyini, oradakı imzanın da ona məxsus olmadığını bildirib.

Məhkəmə iclası martın 27-də davam etdiriləcək.

Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.

Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.

Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan çıxarılan 5 milyardın sahibi bilindi: gün ərzində 100 milyon... EKSKLÜZİV

    Azərbaycandan çıxarılan 5 milyardın sahibi ...

    4-03-2019, 11:58

  • 
  • Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı keçiriləcək

    Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı ...

    24-10-2018, 19:09

  • 
  • İnkassatordan 90 min pulu kim aparıb?

    İnkassatordan 90 min pulu kim aparıb? ...

    9-10-2018, 14:16

  • 
  • Məhkəmə "Bank Respublika"nın sabiq inkassatorunun vəsatətini təmin etməyib

    Məhkəmə "Bank Respublika"nın sabiq ...

    2-10-2018, 12:16

  • 
  • Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı məhkəmədə ifadə verib

    Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən ...

    31-10-2018, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu