GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun məşhur hakimindən Prezidentə şikayət edildi - ÇOXSAYLI ADAMA QARŞI DƏLƏDUZLUQ EDƏNƏ BƏRAƏT VERDİYİ ÜÇÜN

Eldar Mahmudovun məşhur hakimindən Prezidentə şikayət edildi - ÇOXSAYLI ADAMA QARŞI DƏLƏDUZLUQ EDƏNƏ BƏRAƏT VERDİYİ ÜÇÜN

Tarix: 9-04-2019, 14:21 Bölmə :Cəmiyyət Baxış: 399
Eldar Mahmudovun məşhur hakimindən Prezidentə şikayət edildi - ÇOXSAYLI ADAMA QARŞI DƏLƏDUZLUQ EDƏNƏ BƏRAƏT VERDİYİ ÜÇÜN


Bir qrup vətəndaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov haqqında Prezident İlham Əliyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və digər qurumlara şikayət edib.

Şikayətlərinin bir surətini də Gununsesi.org-a yollayan vətəndaşlar Novruz Kərimovun qanunsuz əməllərinin ictimailəşməsini xahiş edib.

Vətəndaşların şikayətini olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident və səlahiyyət sahibləri!

Bakı Ağır CinayətlərMəhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov)1(101)-100.18 saylı 14.05.2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Firdovsi Səfər oğlu Səfərov haqqında CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirlmədiyi əsası ilə barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılmışdır.

Hörmətli səlahiyyət sahibləri!hakim Novruz Kərimov qanunsuz,Şəxsi maraqlarını rəhbər tutaraq ədalətsiz,şəxsi ambisiyalarına uyğun olaraq 9 epizod üzrə təqsirləndirilən şəxsə bəraət vermişdir.Halbuki təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli həm ibtidai istintaq,həm də birinci instansiya məhkəməsindəki icraat zamanı dindirilimiş zərər çəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilimişdir.

Lakin birinci instansiya məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov tam,hərtərəfli və obyektiv araşdırılma aparmamış,məhkəmə Firdovsi Səfər oğlu Səfərovun müdafiəçisi rolunda çıxış etmiş,zərəçəkmiş şəxs və şahidlərin ifadələri təhrif edilmiş,mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə qanunsuz və əsassız olaraq bəraət vermişdir.

Xüsusilə qeyd etmək lazımdır ki,hakim Novruz Kərimov həm zərərçəkmiş,həm də mülki iddiaçı kimi məhkəməı baxışı zamanı verdiyimiz ifadələri təhrif etmişdir.Hətta təqsirləndirilən şəxs həyasızcasına artıq bəraət hökmünün cibində olduğunu bildirmişdir.Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin qəbulunda olduq,şikayət ərizəmizi qeydiyyatdan keçirmişik,yəni Firdovsi Səfərov artıq bəraət hökmünün hazır olduğunu bilirdi.

Qeyd edək ki,hakim tərəfindən ifadələrimiz saxtalaşdırılıb.Belə ki,ümumiyyətlə,məhkəmədə zərərçəkmiş şəxslər bir-birini tanımadğı halda hakim hökmdə göstərmişdir ki,guya biz əvvəldən bir-birimizi tanımışıq.Məhkəmə hökmünə hüquqi don geyindirmək üçün Novruz Kərimov belə addım atıb,yəni ifadələrimiz saxtalaşdırılıb.

Hökmlə tanış olduqda adama elə gəlir ki,biz yalnız borca pul vermişik.Əslində məhkəmə məhz həmin məqsədlə də protokolu saxtalaşdırmışdır.İbtidai istintaq zamanı verdiyimiz ifadələrdə bütün məsələləri geniş şəkildə açıqlamışıq.

Bundan başqa bildiririk ki,Novruz Kərimovun çıxardığı hökmə əsasən guya Firdovsi Səfərov antifriz və maşın yağlarının topdan və pərakəndə ticarəti ilə məşğul olmamış,bu ticarətdən gəlir əldə edəcəkləri adı altında zərərçəkmiş şəxsləri aldatmamışdır.

Əslində hökmlə tanış olduqda bizdə elə təəssürat yaranır ki,məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin mövqeyindən də fərqli mövqe nümayiş etdirib.Belə kİ,həm ibtidai istintaq,həm də məhkəmə istintaqı zamanı Səfərov Firdovsi 2016-cı ilin 4 iyun tarixindən hamıya pulunun ödəməsini göstərdiyi halda ,məhkəmə isə onun ümumiyyətlə belə fəaliyyətlə məşğul olmadığını göstərmişdir.

Məhkəmə daha irəli gedərək Səfərov Firdovsini özü tərəfindən yazılan pulunun alınıb-verilməsini təsdiq edən qeydləri belə uydurma və həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirir.(Hökmün 35-ci səhifəsi).Lakin onu əsaslandıra bilmir.

İş üzrə Vəliyev Əbülfəzin ifadəsi faktiki olaraq Səfərov Firdovsinin dələduzluq əməlini sübut edir.O,istintaqda və məhkəmədə göstərmişdir ki,Firdovsi ümumililkdə 175 min dolları mənə yağ və antifriz alverindən qaytarmışdır.Məhkəmə Firdovsinin hansı pullar vasitəsilə Əbülfəzin pulunun qaytarılmasını araşdırmamış,həmin məsələyə ümumiyyətlə gəlməmişdir.

Firdovsi Səfərov özü ibtidai istintaq zamanı həm şikayətçi,həm şahid,həm də təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələrdə zərərçəkmiş şəxslər ilə yağ alveri ilə məşğul olması və bundan gəlir əldə edəcəkləri ilə əlaqədar zərərçəkmiş şəxsləri aldadaraq pulları götürdüyünü sonda isə zərərçəkmiş şəxslərə həmin işdən borclu qaldığını,bu səbəbdən də ona qarşı təhdidlər olduğunu bildirmişdir.

Bu faktı eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş qardaşı Rəfasil də göstərmiş,Firdovsi qardaşının həmin ifadəsinə heç bir etirazını bildirməmişdir.Bu faktı eyni zamanda ibtidai istintaq zamanı Abşeron Rayon prokuroruna yazdığı 05.07.2016-cı il tarixli ərizəsində həm də Abşeron Rayon Polis İdarəsində verdiyi 05.07.2016-cı il tarixli izahatında,həm də müdafiəçisinin yanında 08.11.2016-cı il tarixdə Abşeron Polisində dindirilən zaman Firdovsi özü dəfələrlə təsdiq və etiraf etmişdir.Firdovsi Səfərov tərəfindən Abşeron Polis İdarəsinə verdiyi və Səmədov Elmardan pul alınmasını təsdiq edən özü tərəfindən əlyazma şəklində verdiyi iltizam belə hakim Novruz Kərimov tərəfindən nəzərə alınmayıb.

Ümumiyyətlə,birinci instansiya məhkəməsinin Firdovsi Səfərovun ibtidai istintaq zamanı özünün öz xətti ilə yazdığı ərizəyə verdiyi izahat və ifadəyə tənqidi yanaşması ,məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs kimi verdiyi ifadəni əsas kimi qəbul etməsi ,bununla da həm həmin hissədə ittihamı,həm də mülki iddianı rədd etməsi tamamilə qanunsuz və əsassızdır.

Novruz Kərimovun çıxardığı hökmdən belə nəticəyə gəlmək olur ki,istənilən təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özü ittihamı qəbul etdiyi halda məhkəmə baxışı zamanı isə özünü təqsirli bilmədiyi halda ona bəraət verilməlidir.Təbii ki,bu yanaşma qəbul edilə bilməz.

Hörmətli səlahiyyət sahibləri!sizdən xahiş edirik ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov haqqında tədbir görəsiniz.Onun çıxardığı ədalətsiz qərarlardan bizim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin.

İmza: Səmədov Elmar Əfrad
İsmayılov Cəmil Cavanşir
Zeynalova Gülşən İgid
Abbasov Ehram Atamalı
Səmədov Zaman Afrad
Mirzəyev Nadir Mirzəcan
Yusifov Səfər
Hüseynov Tural Rəsul

Onu da qeyd edək ki, Novruz Kərimov uzun illər Milli Təhlükəsizlik Nazirliyində müstəntiq işləyib. Onun məhkəmə sisteminə sabiq MTN şefi Eldar Mahmudov tərəfondən yerləşdirilməsinə dair çoxsaylı iddialr var. Beləki, MTN tərfindən şərlənərək həbs edilən insanlara sifarişli hökmləri çıxaran Novruz Kərimov uzun illər cəzasızlıq mühitində çalışıb.

Ümid edək ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində bu cür hakimlər də öz layiqli cəzalarını alacaq və onlar məhkəmə sistemindən uzaqlaşdırılacaq.//Gununsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəraət alan qadından dəhşətli əməl

    Bəraət alan qadından dəhşətli əməl ...

    17-07-2017, 18:24

  • 
  • Hakim qardaşı hakim qarşısında- dələduzluq işi

    Hakim qardaşı hakim qarşısında- dələduzluq işi ...

    1-11-2017, 11:20

  • 
  • Nazir müavinin oğluna qarşı dələduzluq edən bank işçisi bəraət istəyir

    Nazir müavinin oğluna qarşı dələduzluq edən bank ...

    19-02-2018, 19:44

  • 
  • "Akif Çovdarov işi"ndə zərərçəkmişə qarşı dələduzluq edən şəxsə bəraət verilib

    "Akif Çovdarov işi"ndə zərərçəkmişə ...

    24-12-2018, 20:42

  • 
  • Hakim oğlunu öldürən Ali Məhkəməyə müraciət etdi

    Hakim oğlunu öldürən Ali Məhkəməyə müraciət etdi ...

    12-10-2017, 18:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu