"Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləmiş 1972-ci il təvəllüdlü Eldar Salmasi məhkəmə hökümündən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, Eldar Salmasi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti hakim Faiq Qasımovun icraatına götürülüb.
Məhkəmənin ilkin baxış iclası fevralın 20-də keçiriləcək. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Salmasi 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Eldar Salmasi “Zaminbank”da xəzinədar vəzifəsində işləyərkən vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib.
Eldar Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib. O, 1 milyon manatlıq dələduzluqda ittiham edilib.
İş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?