Dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs Qədəm Tanrıverdiyeva əvvəllər dələduzluqda ittiham olunub və əməli sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmü çıxarılıb.
İttihama görə, Qədəm Tanrıverdiyeva 2014cü ildə dələduzluq etdiyi üçün həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə QədəmTanrıverdiyevanın əməli sübuta yetieilməyib və barəsində bəraət hökmü çıxarılıb.
Həbsdən çıxan Qədəm Tanrıverdiyeva yenə də dələduzluq əməlləri törətməyə başlayıb. O bu dəfə işə oğlu Nadiri də cəlb edib.
Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui isrifadə edərək dələduzluq əməlləri törədiblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında həbs ediliblər.
Qədəm Tanrıverdiyeva və Nadir Tanrıverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?