Ötən həftə mətbuatda Baş nazirin müavini Hacıbala Abutalıbovun Bakı meri işlədiyi dövrdə on iki sahibkarla sövdələşərək onlara yüz milyon manat ziyan vurması barədə məlumat yayıldı. Həmin məlumatda vurğulanırdı ki, Bakıda tikinti işlərinin aparılması ilə bağlı 100 milyonlarla manat rüşvət toplanıb: “Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi”.
Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu və sahibkarların həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb etdiklərini, ancaq vasitəçi xanımın narazı sahibkarları Hacıbala Abutalıbova yönləndiridiyi qeyd olunurdu.
Hacıbala Abutalıbov Bildirək ki, həmin məlumatla bağlı Hacıbala Abutalıbov açıqlama verərək bildirdi ki, “mənə yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq. Yüksək ixtisas sahibləri və mütəxəssislərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəssis kimi tanınan Nadir Adıgözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. Müəyyən olundu ki, sərəncam qanunidir”.
Bakı Şəhə İcra Hakimiyyətindəki etibarlı mənbənin saytımıza verdiyi məlumata görə Hacıbala Abutalıbovla baş tutan sövdələşmədə digər iştirakçı, yəni vasitəçi meriyada makler “Hacı Ramiz” kimi tanınan Ramiz Quliyev olub. İddiaya görə Hacıbala Abutalıbov Bakı meri işlədiyi dövrdə meriyanın məsul işçisi və əsas maklerindən biri olan Ramiz Quliyev tikinti işləri ilə məşğul olmaq istəyən on iki sahibkarın bəzilərini Bakı merinə çıxışını təşkil edib. Yəni meriyanın məsul işçisi onun toruna düşən sahibkarları xanım iş adamı ilə tanış edərək Hacıbala Abutalıbova çıxadıblar.
Mətbuatda yayılan həmin məlumatdada qeyd edilir ki, Hacıbala Abutalıbovla on iki sahibkarın arasında əsas vasitəçi xanım iş adamıdır. Mənbəmiz isə qeyd edir ki, həmin xanım iş adamının digər ortağı meriyanın məsul işçisi Ramiz Quliyevdir. Məhz indi bir neçə sahibkar verdikləri pulun müqabilində tikinti işləri apara bilmirlər və onlar işlərinə icazə verən Hacıbala Abutalıbova çıxa bilmədiklərinə görə məcburən vasitəçi Ramiz Quliyevdən yapşıblar. BŞİH-dəki mənbəmiz qeyd edir ki, narazı iş adamları məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar. Hətta bu məsələdən artıq Bakı meri Eldar Əzizovunda xəbər tutduğu deyilir.
Məlumatda vuğulanır ki, iş adamları tikinti işlərinə başlamaq üçün onladan icazə üçün alınan rüşvətə görə Ramiz Quliyevlə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəkləri təqdirdə meriyanın makleri “Hacı Ramiz”in həbs ounması istisna olunmur. Çünki illərdir Bakı Şəhər İcra Hakimiyyətindən Pezident Adminstrasiyasına bina, obyekt tikitisinin icazəsinə görə qanunsuz rüşvət alınması və sahibkarların aldadılması ilə bağlı çoxlu sayda şikayətlər daxil olur. İndiki məqamda isə ən yaxşı qurbanlıq adı meriyada daim yaşayış binası, obyekt və ev tikintisinə icazələrin verilməsində hallanan BŞİH-nin məsul işçisi Rami Quliyev ola bilər.
Mənbəmiz Hacıbala Abutalıbovun və BŞİH-dən çıxarılan keçmiş aparat rəhbəri və digərlərinin “makler” Ramiz Quliyevi qorumaq istəməyəcəklərini deyir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//reportyor.info
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?