GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər: “Sərhədli reportyor olmaq istəmirik”

Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər: “Sərhədli reportyor olmaq istəmirik”

Tarix: 3-05-2019, 18:37 Bölmə :Cəmiyyət Baxış: 357
Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər: “Sərhədli reportyor olmaq istəmirik”


Ölkədən çıxışına qadağa qoyulan bir qrup jurnalist Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə keçirilən aksiyada jurnalistlər ölkədən çıxışlarına qoyulan yasağa etiraz edib və bunu qanunsuz adlandırıblar:

Jurnalistlər "Stop-a stop" şüarı səsləndiriblər, üzərində "Xəyallar Paris, reallıq Sınıq körpü", “Meydan TV-nin cinayət işinə son ” “Sərhədli reportyor olmaq istəmirik” və başqa sözlərin yazıldığı plakatlar qaldırıblar.

“Əsas tələbimiz odur ki, Meydan TV-yə qarşı açılmış cinayət işinə son verilsin. Hər kəsə qoyulmuş stop götürülsün” - deyə, jurnalist Aynur Elgünəş bildirib.

Əsas tələbimiz odur ki, Meydan Tv-yə qarşı açılmış cinayət işinə son verilsin.
Aksiyada bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək MeydanTV ilə əməkdaşlıq edənlər olmayıb. Azərbaycanda müxtəlif media orqanı ilə bağlı açılmış cinayət işlərinə görə də bir sıra başqa jurnalistlərin ölkədən çıxışına yasaq qoyulduğu açıqlanıb.

Onların sözlərinə görə, Baş Prokurorluğa bununla bağlı yazılı müraciətlərinə də təminedici cavab ala bilməyiblər. "Başqa vaxt ölkədə azad mediadan, insan haqlarından danışırlar, artıq bu biabırçılığa dur deməyin vaxtıdır" - deyə, jurnalistlər etirazlarını ifadə ediblər.

Onlar daha sonra əllərində tutduqları plakatları idarənin divarlarına yapışdırıblar. Bundan sonra bir mülki geyimli şəxsin göstərişi ilə polislər həmin plakatları qopararaq, büküb aparıblar. Bu da onlarla jurnalistlər arasında narazılığa səbəb olub.

Daha sonra hadisə yerinə bir polis zabiti gəlib. O özünü Dəmir Yolunda (Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi) xidmət üzrə rəis müavini Həsən Mustafayev kimi təqdim edib. O deyib ki, aksiyadan ötrü müraciət etmək və onu razılaşdırmaq lazımdır.

Sonra da jurnalistlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qəbul ediliblər.

Bizi idarənin rəisi Eldar Əhmədov qəbul etdi. O dedi ki, bu məsələdə proses başlayıb.
Jurnalist Natiq Cavadlı
Qəbuldan çıxdıqdan sonra bu barədə jurnalist Natiq Cavadlı məlumat verib: "Bizi idarənin rəisi Eldar Əhmədov qəbul etdi. O dedi ki, bu məsələdə proses başlayıb. Artıq Aynur Elgünəşə qoyulan məhdudiyyət götürülüb. Dedi ki, sizinlə də bağlı iş gedir, yəqin, bizə yaxın günlərdə cavab veriləcək. Mən hesab edirəm ki, ümidverici cavabdır. Gözləyək".

Aksiyaya hələlik Baş Prokurorluqdan ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər Azərbaycanda mediaya basqılar və jurnalistlərə təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Rəsmilərin dediyinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur, bəzi jurnalistlərin də həbsi, onların istintaqa cəlb edilməsi peşə fəaliyyətləri ilə bağlı deyil.

2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.

Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

2015-ci ildə isə jurnalistlərə stop qoylub.

"Meydan.TV internet kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma ) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir". Bu barədə vəkil Elçin Sadıqov bir müddət öncə bildirmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Meydan TV Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistə qoyulan qadağa götürüldü

    Jurnalistə qoyulan qadağa götürüldü ...

    2-04-2016, 01:37

  • 
  • Ölkədən çıxışına “stop” qoyulan jurnalist məhkəmə yolunda

    Ölkədən çıxışına “stop” qoyulan jurnalist məhkəmə ...

    7-09-2018, 12:54

  • 
  • Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

    Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər… ...

    8-12-2015, 23:26

  • 
  • Jurnalistin şikayəti təmin olunmadı

    Jurnalistin şikayəti təmin olunmadı ...

    5-08-2016, 01:13

  • 
  • Fatimə Mövlamlı ölkədən xaricə buraxılmayıb

    Fatimə Mövlamlı ölkədən xaricə buraxılmayıb ...

    7-05-2018, 20:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu