GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi - 5 il cəza istədi

Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi - 5 il cəza istədi

Tarix: 24-05-2019, 12:03 Bölmə :Cəmiyyət Baxış: 344
Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi - 5 il cəza istədi

Oğlu maşınla şəhid qızını vurub öldürən iş adamının adı keçən daha bir məhkəmə iclası davam etdirilir. Qalmaqallı iş daha bir polis əməkdaşının məsuliyyətə cəlb edilməsi ilə nəticələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Zakir Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı Zakir Məmmədov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsini istəyib.

Növbəti məhkəmə iclası iyunun 3-də təyin edilib.

İttihama görə, Zakir Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov həbsxanadan ona zəng edib. Elvar Xəlilov tanışı olan Zakir Məmmədovdan həbsdən çıxmasına kömək etməsini istəyib.

Elvar Xəlilovun cinayət işi üzrə istintaqı isə Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov aparırmış. Elvar Xəlilov həyat yoldaşından 4 min manatı Zakir Məmmədovla birlikdə müstəntiq Vüqar Abbasova verməsini xahiş edib. Zakir Məmmədov da onun xahişini yerinə yetirib. Amma bu iş alınmayıb.

İşin alınmamasının isə ilginc səbəbi var. Belə ki, müstəntiq Vüqar Abbasov həmin ərəfədə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işini araşdırırmış.

Rəhim sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla şəhid qızını vururaq öldürmüşdü. Vüqar Abbasov isə işi gizlədərək, qəzanı guya Rəhimovların sürücüsünün törətdiyini qeyd edərək, Rəhim Rəhimovu məsuliyyətdən kənara qoymağa çalışıb.

Məsələ ictimailəşdirildikdən sonra müstəntiq Vüqar Abbasovun əməlləri ifşa olunmuşdu. O, vəzifəsindən qovulduqdan sonra ölkədən qaçıb və hazırda axtarışdadır.

Həbsdə olan Elvar Xəlilov azadlığa çıxandan sonra Zakir Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Zakir Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zakir Məmmədov özünü təqsirli bilmir və deyir ki, pulu Vüqar Abbasova verib. Bu işdə nəyisə həll etmək səlahiyyəti olmayıb və sadəcə Elvar Xəlilovun xahişini yerinə yetirib.

Elvar Xəlilovun adı indi başqa bir məhkəmə işində keçir. Həmin işdə də Elvar Xəlilov zərərçəkmişdir. Həmin işdə Elvar Xəlilov axtarışda olan Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun köməkçisi olmuş Elnur Babayevdən şikayətçidir.

Elnur Babayevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərdrliyi ilə araşdırılır. Həmin işdə Elnur Babayev, həmçinin "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimova qarşı dələduzluqda da ittiham edilir. Belə ki, Elnur Babayev Akif Rəhimovdan ümumilikdə, 52500 manat pul alıb. Bunun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.

Xatırladaq ki, 2017-ci il noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüşvət almaqda ittiham olunan keçmiş polis əməkdaşına 5 il həbs cəzası verilə bilər

    Rüşvət almaqda ittiham olunan keçmiş polis ...

    24-05-2019, 11:39

  • 
  • Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

    Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı ...

    20-04-2018, 17:30

  • 
  • Prokuror qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişiyə cəza istəyib

    Prokuror qızının gözü önündə arvadını öldürən 62 ...

    12-10-2018, 12:59

  • 
  • Prokuror Fədayə Laçının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib - TAM SİYAHI

    Prokuror Fədayə Laçının 6 il müddətinə azadlıqdan ...

    5-11-2018, 12:27

  • 
  • Prokuror Qurban Məmmədova 3 il həbs istədi

    Prokuror Qurban Məmmədova 3 il həbs istədi ...

    28-11-2013, 14:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu