GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Cavid Qurbanov utanıb yerə girməkdənsə..." - İqtisadçı sensasion maliyyə fırıldağının detallarını açdı

"Cavid Qurbanov utanıb yerə girməkdənsə..." - İqtisadçı sensasion maliyyə fırıldağının detallarını açdı

Tarix: 12-06-2019, 22:27 Bölmə :Cəmiyyət Baxış: 722
"Cavid Qurbanov utanıb yerə girməkdənsə..." - İqtisadçı sensasion maliyyə fırıldağının detallarını açdı


"Açığı, çox təəssüf edirəm. Adamların qarşısına rəsmi məlumatları qoyursan, yenə də öz bildiklərini edirlər. Onların açıqlaması onu göstərir ki, adamlar törətdiklərindən peşman olmurlar. O hissləri heç yaxına buraxmırlar”.

Gundemxeber.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a 15 milyon dollara alınan vaqonla bağlı "Azərbaycan Dəmir Yolları”nın açıqlamasına münasibət bildirərkən iqtisadçı Nemət Əliyev deyib.

O, deyib ki, ötən gün səsləndirdiyi rəqəmlər havadan götürülməyib: "30 milyon 384 min pul ödənilməsini mən yaymıram ki... Mən onu Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata istinad etmişəm. Orada mənbəni göstərmişəm. "Azərbaycan Dəmir Yolları”ndan o açıqlamanı verən adam zəhmət çəksin o yazıya bir baxsın. Onun içindəki linklərə tıklasın, məlumatlar qarşısında açılacaq.

Keçək məsələnin o biri tərəfinə. Dövlət Gömrük Komitəsi (DGK) yalandan o məlumatı yaya bilərmi? Yox. Bəs, o məlumat nə cür ortaya çıxıb? Məsələ burasındadır ki, "Azərbaycan Dəmir Yolları” gedib xaricdən vaqon alıb Azərbaycana gətirəndə, rəsmiləşdirmə prosesində o rəqəmləri yazıblar. Dövlət Komitəsi də həmin rəqəmi təsdiq edib. Əgər buna inanmırlarsa, götürüb baxsınlar.

Sadəcə gözlərini pul o qədər tutub ki, bu gün elədikləri əməlin sabah hansı nəticələr doğuracağını düşünmürlər. Elədilər getdi. Düşünürlər ki, bunu hesablamırlar və heç kim soruşa bilməz.

Yəni demək istəyirəm ki, o məlumatlar DGK-nın Dövlət Statistika Komitəsinə (DSK) verdiyi rəsmi məlumatdır. Rəsmi şəkildə o məlumatlar hamısı durur. Tıklasınlar həmin linklərin üzərinə dərhal o məlumatlar açılacaq.

Yeri gəlmişkən, o məlumatlar yalnız bir mənbədə deyil. DGK və DSK-nın arxiv materallarında var. Rəhbərlik "Azərbaycan Dəmir Yolları”nın mühasibatlığına gedib bir göz gəzdirsə, dərhal bu məlumatlar qarşısına çıxacaq. Rusiya, Polşa, Gürcüstan müxtəlif dövrdə başqa ölkələr də Belarusiya ilə alver ediblər. O məlumatların da linklərini qoymuşam. Bu ölkələr Belarusdan vaqonun bir ədədini 1,7 milyon dollara alır, amma "Azərbaycan Dəmir Yolları” 15, 2 milyon sayır. Nə deməkdir bu?

Həm Polşaya, həm də Rusiyaya ixrac etmişəm. Rusiya həmin vaqonun birini 1 milyon 705 min dollara alıb, amma Polşa 1 milyon 695-698 min dollara. Bu ölkələrlə Belarusiya arasında aparılan ticarət normaldır, baxmayaraq ki, ikisi arasında fərq var. Orada fərq 2-3 faiz olsun, bu başadüşüləndir. Ticarətdir, alverdir. Bu cür qiymət fərqinin olması təbiidir.

Amma bunun izahı yoxdur. 9 dəfə baha. 15,2-dən çıxıram 1,7-ni 13,5 milyon dollar. 13,5 milyon dollar arada fərq var. O sözü təsadüfən yazmamışam. Dünya ticarət tarixində belə rüsvayçılıq doğrudan yoxdur”.

N.Əliyev ADDY-nın açıqlamasındakı fotolar və texniki göstəricilərlə bağlı fikirlərə də münasibət bildirib:

"Texniki göstəricilər haqda məlumat verilib və şəkillər qoyublar. Vaqonlarda formaca dəyişiklik var. Rusiyaya satılanlar başqa, Azərbaycana başqa formadadır. Vaqonun hansı materialdan hazırlandığını bilirik. Bir az dizayn verilib, bir az da texniki göstəricilərdə üstün olsun. 13,5 milyon dollara bunlar bilirsiz necə baxırlar, elə bil semiçka puludur. Bir vaqon puldur e, bu. Bir vaqon pulu bunlar səpələyiblər.

O məlumat dünəndən ölkənin gündəmini zəbt edib. Normal insan ağlının qəbul edə bilməyəcəyi bir şeydir. Elə danışırlar ki, o məbləği manata çevirəndə 23 milyon manat edir. Orada nə qədər dizayn işi aparırsan apar, texniki göstəricilər üzərində nə qədər işləyirsən işlə bu məbləğ mümkün deyil. Qoy 15% qiymət fərqi yaransın. 10-15 dəfə qiymət fərqi haqqında onların danışmağa üzü də olmamalıdır”.

İqtisadçı 15 milyona hər hansı ölkədə vaqonun olub-olması haqda bunları deyib:

"Bunlar Belarusiya ilə alış-veriş edirlər. Belarusiyanın vaqon satdığı ölkələr var. 2016-cı ildən bəri dövrə baxdım, Belarusiyanın 15 milyon dollara vaqon satdığı ölkə olmayıb. Belarusiyada belə şey yoxdur, heç Rusiyada da yoxdur.

Yeri gəlmişkən "Azərbaycan Dəmir Yolları” Rusiya və başqa Avropa ölkələrində də vaqon alıb. Belə rüsvayçılıq yoxdur. Dostlar yaxşı yazmışdılar. Deyirdilər deyəsən vaqonun materialı gümüşdəndir. Təbii ki, ələ salırlar. Bu gümüşdür, qızıldır, nədir? Vaqon böyüklüyündə qızıl külçələri ortalığa töksən heç bəlkə də o qədər pul etməz. Azərbaycan xalqına o qədər səviyyəsiz, o qədər yuxarıdan aşağı baxırlar ki, bu adamlar nə dedilər qurtardı bunların dediyi qanundur.

Adamlar xəcalət çəkib, utanıb yerə girmək, bu rəzalətə görə istefa verib vəzifədən çıxıb bacardıqları işin qulpundan yapışmaq əvəzinə, durub izah verirlər. Özlərinə haqq qazandırmağa çalışırlar. "Azərbaycan Dəmir Yolları” rəhbərliyindən bundan artıq açıqlama gözləmək mümkün deyil. Adam nə desin? Desin ki, cinayətkaram, dağıtmışam, yemişəm?

Açığı, mən orada Maliyyə nazirliyinə, Hesablama Palatasına çağırış etmişəm. Çünki Dəmir Yollarının bu gün ayaqda durması dövlət büdcəsi hesabınadır. Dövlət büdcəsindən Dəmir yollarının hər il borcları və xərclərinin ödənilməsi ilə bağlı ya subsidiya, ya vəsait ayrılır. Hansısa başqa adlarla pullar ayrılır. Yaxud tarixçəsinə baxsanız hər il dövlət büdcəsi hesabına investisiya yatırımları edilir. Özəl sektor deyil ki, burada özbaşınalıq etsinlər.

Orada Maliyyə Nazirliyinin məsuliyyətini xatırlatmışam ki, dövlət maliyyə vəsaitlərinin üzərində dövlət nəzarətini həyata keçirən maliyyə nazirliyidir. İndiki dövrdə bu qədər qabarıq şəkildə görünən hadisələrin, faktların üstünə düşsün, araşdırsın.

Mənim "Azərbaycan Dəmir Yolları”nın sənədlərinə daxil olmaq imkanlarım, səlahiyyətim də yoxdur. Bir mütəxəssis kimi araşdırmalar edirik və üzə çıxarırıq. Çağırışlar edirik ki, dövlətə, millətə aid olan maliyyə vəsaitləri təqib altındadır. Ondan səmərəli istifadə etmək lazımdır. Bizim çağırışımız əslində bundan ibarətdir. İndi o Maliyyə Nazirliyi və Hesablama Palatasının işidir. Zəhmət çəksin Respublika prokurorluğu və ya Daxili İşlər Nazirliyi bu faktlarla gedib araşdırsınlar. Bəlkə elə onların dediyi kimidir”.

N.Əliyevin sözlərinə görə, onların məsuliyyətdən yayınmaması daha ədalətli olardı:

"Rəhbərlik ictimaiyyətə açıqlama verəydi ki, mən prokurorluq, DİN rəhbərliyini dəvət edirəm gəlib araşdırma etsinlər. Adam bu cür çıxış etmək əvəzinə özünə haqq qazandırır ki, belə bir şey yoxdur. Yox, camaat dəli olub. Bu rəqəmləri mən haradan götürə bilərəm? Mənim nə adıma yaraşar, nə özümə rəva bilərəm. Rəsmi dövlət saytlarının açıqladığı məlumatlardır, mən eləcə o məlumatları üzə çıxarmışam.

"Azərbaycan Dəmir Yolları”nın verməli olduğu açıqlama o olmalı idi ki, gəlib yoxlayın, ölkə miqyasında, insanlarda yalnış təəsürat yaranmasın. Bunu etmək əvəzinə deyirlər yalan məlumatdır. Yox, elə bir düz danışan "Azərbaycan Dəmir Yolları”dır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun çökdürdüyü dəmiryolu

    Ziya Məmmədovun çökdürdüyü dəmiryolu ...

    23-05-2014, 09:42

  • 
  • CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

    CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – ...

    16-04-2019, 16:35

  • 
  • Komitə sədrinin gömrük fırıldaqları

    Komitə sədrinin gömrük fırıldaqları ...

    25-09-2014, 14:18

  • 
  • Aydın Əliyevdən korrupsiya etrafı

    Aydın Əliyevdən korrupsiya etrafı ...

    11-01-2013, 11:02

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (13)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu