GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ, AVROPA MƏHKƏMƏSİNİN HÖKMÜ

Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ, AVROPA MƏHKƏMƏSİNİN HÖKMÜ

Tarix: 11-07-2019, 16:36 Bölmə :Cəmiyyət Baxış: 520
Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ, AVROPA MƏHKƏMƏSİNİN HÖKMÜ


Avropa İnsan Haqları Məhkəməsi məişət zorakılığına məruz qalmış qadının şikayəti əsasında Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib. Bu, Rusiyaya qarşı məişət zorakılığı ilə əlaqəli çıxarılan ilk qərardır. Avropa Məhkəməsi belə qənaətə gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. Qadını zorakılığa məruz qoyan isə Azərbaycan vətəndaşıdır.

Gundemxeber.az Rusiya mətbuatına (https://rtvi.com/news/espch-obyazal-rossiyu-vyplatit-25-tysyach-za-domogatelstva/, https://zona.media/article/2016/10/12/svetlana) istinadən xəbər verir ki, bu ölkə vətəndaşı Valeriya Volodina qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən mütəmadi olaraq döyülüb, hədələnib, işgəncələrə məruz qalıb. Qadın 2016-cı ildən etibarən fiziki və mənəvi işgəncələrlə bağlı dəfələrlə yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin onun çoxsaylı şikayətlərinə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb.

Rusiyanın Ulyanovsk şəhər sakini 34 yaşlı V.Volodina Azərbaycan vətəndaşı Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub, birgə yaşayıblar. Qadın ilk dəfə 2015-ci ilin aprelində R.Salayev tərəfindən döyülüb. Bu hal hər üç-dörd aydan bir təkrarlanıb.

"Hətta məni o qədər döymüşdü ki, bir həftə yataqdan ayağa qalxa bilməmişdim. Başa düşürdüm ki, bu adam məni öldürə bilər. Mən artıq müqavimət də göstərmirdim”- zorakılığa məruz qalan qadın yerli mətbuata açıqlamasında belə deyib.

Valeriyanın dediklərindən belə məlum olub ki, ilk dəfə döyülməsi ilə bağlı polisə 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodiya döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb. Ona deyiblər ki, sabah gedib barışacaqsız, boş yerə vaxtımızı almayın.

2016-cı ilin yazında Valeriya yenidən Moskvaya köçmək məcburiyyətində qalıb. Çox keçməyib ki, onun “Vkontakte” sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilmişdi. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti də cavabsız qalıb.

Nəyə görəsə Moskva polisi də Ulyanovskdəki həmkarları kimi R.Salayev barəsində cinayət işi başlamayıblar.

Yalnız ötən ilin martında Ulyanovsk şəhəri, Zavoljsk rayon istintaq komitəsi tərəfindən V.Volodinanın şəkillərinin internetdə yerləşdirilməsi ilə əlaqədar R.Salayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb. Lakin elə həmin ilin dekabrında da araşdırma dayandırılıb. Məlum olub ki, qadının intim şəkillərini internetdə yerləşdirən şəxs Azərbaycandadır. Rusiya Daxili işlər nazirliyinin məlumatlarında isə R.Salayevin həmin ərəfədə Rusiyada olduğu bildirilib.

İstintaq zaman həmçinin o da məlum olub ki, Rəşad daim Valeriyanı güdüb, onu addım-addım izləyib, hücum çəkərək gah çantasını, gah telefonu aparıb, sonradan sındırıb və geri qaytarıb. Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər.

Rusiyada ədalətə nail ola bilməyən Valeriya sonda öz ölkəsini tərk edib. Buna baxmayaraq, təhdidlərin, şantajların, telefon zənglərinin ardı-arası kəsilməyib.

Zərərçəkmiş istintaqı aparan müstəntiqdən də şikayətlənir. Deyir ki, onun şəkillərinin internetdə yayılmasını istintaq orqanı doğru-düzgün araşdıra bilməyib: “Elə vəziyyət yaranırdı ki, məsələn, mənim xaricə getməyimi heç kim bilmirdi. Müstəntiq deyirdi ki, gələn ay gəlmək lazım olacaq. Deyirdim ki, mümkün deyil, ölkədə olmayacağam. İki gündən sonrasa Rəşad mənə təhqirdolu mesajlar göndərməyə başlayırdı. “Hara gedirsən, ay əxlaqsız? Səni heç yana buraxmayacağam, getməyə icazə verməyəcəyəm” tipli mesajlar gəlirdi. Bir daha qeyd edim ki, mənim xaricə gedəcəyimi müstəntiqdən başqa heç kim bilmirdi...”
Valeriya deyir ki, ölkəsində polis orqanları məişət zorakılığı ilə bağlı şikayətlərə ciddi yanaşmırlar: “Bizim polislərdən heç vaxt yaxşı münasibət görmədim. Onlar elə fikirləşirlər ki, bu gün şikayət edirsən, sabah barışa bilərsən. İstehza ilə yanaşırlar, ələ salırlar. Heç zaman onların mənə kömək göstərəcəyini hiss etmədim”.

Valeriya özünü qorumaq üçün artıq üstündə qaz balonu daşıyır. Hər yana yeniyetmə oğlu ilə birgə gedir: “Ötən ilin payızında iki maskalı şəxs blokda qardaşıma hücum çəkmişdi. Polisə şikayət etdik, araşdırmadılar da. Bundan sonra özüm bloka kamera quraşdırdım”.

“Gətirdiyim sübutlara formal cavablar verilir, gah ekspertiza tərəfindən it-bat olur, gah da araşdırmaqdan imtina edirlər. Deyirlər ki, yazışmalar sübut növü deyil. Hərçənd, mən bildiyimə görə, sosial şəbəkələrdə yazılan hansısa şərhə görə adamı həbs edirlər. Məndə isə minlərlə skrinşotlar, yazışmalar var. Amma istintaq bunları sübut növü hesab etmir”.

Qeyd edək ki, Avropa Məhkəməsi öz qərarında Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə isə 6 min avro müəyyən edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 40 uşağın məişət zorakılığına məruz qaldığı müəyyən edilib

    40 uşağın məişət zorakılığına məruz qaldığı ...

    30-07-2013, 15:46

  • 
  • Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır

    Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz ...

    31-01-2017, 21:10

  • 
  • Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır

    Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - ...

    2-06-2018, 12:38

  • 
  • Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

    Ermənistanda qadın zorakılığına qarşı aksiya ...

    1-10-2015, 23:15

  • 
  • Məişət zorakılığına məruz qalan 79 uşaq reabilitasiya prosesinə cəlb edilib

    Məişət zorakılığına məruz qalan 79 uşaq ...

    12-09-2013, 12:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu